Qadın.Net xanımları arasında çox güman ki,hamilə xanımlarımız da az deyil. Bu xəbərimi hamilə xanımlarımıza həsr etmək istədim və onlar üçün geyim nümunələri seçdim.
Hamiləliyi yay aylarına düşən xanımlar üçün rahat bir dondur.İlk aylardan hamiləliyin son aylarına kimi rahatlıqla geyinə bilərsiniz. Çünki çox genişdir,həm də nazik parçadan tikilib.
Bu paltarı ilk aylarda rahatlıqla geyinə bilərsiniz.Amma sonrakı aylar üçün rahat seçim deyil,çünki eninə zolaqlar insanı daha da şişman göstərir. Bir halda ki, hamilə qadınlar hamiləlik zamanı onsuz da artıq çəki toplayırlar.
Hamilə xanımlarımız var ki,şalvar geyinməyi xoşlayır.O zaman bu modeldə olan koftaları geyinmək məsləhətdir.
Özünüzü rahat hiss edəcəyiniz ev geyimi nümunəsi.
Çox nazik və yumşaq bir parçadan tikilmiş sadə don rahat seçim ola bilər.
Hamiləliyi yay aylarına düşən xanımlarımız başqa bir yerə getmək istəyərkən havanın isti olması ilə əlaqədar çətinlik çəkirlər.Özləri üçün daha sərin və rahat paltar axtarırlar.Bu don yay üçün çox münasib bir dondur.Rənginə də söz ola bilməz.
Hamilə olmağınıza baxmayaraq qeyri-adi geyimləri sevirsiniz?Elə isə bu model sizə uyğundur. İlk aylardan tutmuş, sonrakı aylara qədər geyinmək olar.
Bu donu mən çox bəyəndim.Zərif və nisbətən parlaq parçadan tikilib.Amma bu donu yalnız hamiləliyin 2-5-ci aylarında geyinmək olar,çünki bel hissəsi kifayət qədər geniş ölcüdə deyil.
Hamiləliyi qiş fəslinə düşən xanımlar palto seçimində əziyyət çəkirlər.Bu palto modeli hamilə xanımlar üçün yaxşı seçimdir.Həm də yüngül və rahatdır.
Gündəlik geyinə biləcəyiniz bir geyim nümunəsi.Üzərindəki bant xüsusilə gözəl görünür.
Evdə geyinmək üçün rahat bir dondur,amma ilk aylarda.
Bu modellər dəbdən düşsə də bəzən belə geyimlərə üstünlük verən xanımlarımız olur.
Allah hər bir xanıma analıq hissini yaşamağı nəsib etsin.Amin!