Köynəklər:
Avropa İntibahına qədər köynək alt paltarı hesab olunurdu. Müəyyən mövqeyi olan insan üçün köynəyinin görünməsi qeyri-məqbul sayılırdı. Lakin intibah dövrünün çiyinlərində, sinədə və qolun altında bağlarla bağlamaq adətini nəzərə alaraq, ağ paltarının gizlədilməsi çətinləşdi. 1530-cu illərədək köynəyin boyun və biləkdə görünməsi qəbul olunan və dəbli hal hesab olunurdu, bu hissələrdə paltar dar lentlə bağlanınılırdı. 19-cu əsrin sonlarında köynəyi tam göstərmək artıq qəbul edilmişdir. O zaman köynəklərin hündür kraxmallı yaxalıqları var idi. Lakin 1971-ci ildə aşkarlandıki ,yaxalığın boyuna təzyiqi gözlər üçün qeyri - sağlamdır və yaxalıqlar bükülməyə başlamışdır və bugün bizim bildiyimiz formanı almışdır.
Paltarlar:
1870-ci illərdə həmin dövrün sıx oturan paltarlarına alternativ olaraq estetik paltar hazırlanmışdır. Bədii düşüncəli insanlar düşünürdüki o zamanın qadın dəbi qeyri-sağlam və məhdudlaşdırıcı idi. Estetik paltar büzməli qollar və sadə yubkalardan ibarət olan sadə paltar idi, əsas məqsədi qadının 1 neçə qat ağır materialdan azad etmək idi. Baxmayaraqki əvvəldə o qədər də məşhur deyildi, estetik paltarlar "artistik "paltarlaracan inkişaf etmiş və 1890-cu illərdən açıq satışda mövcud idi.Tədricən qadınlar bu paltarları üsyan məqsədindən daha çox praktiki səbəblərə görə daha çox almağa başladılar.
Ətəklər:
İntibahın gəlişi ilə ətəklər getdikcə genişlənir və ispan cənbərli tumanları bütün Avropada məşhurlaşdı. Çənbəli tuman paltarın altından geyinilən krinolindən ibarət idi. Çənbər balına bığından və ya söyüd çubuğunun toxumasından hazırlanaraq ətəyə daxil edilən çərçivə idi ki, o ətəyə genişlik, ispan formasında isə bel forması verirdi. Çənbərli tuman özünün maksimum genişliyinə 17-ci əsrdə çatdı, bu zaman ətəyin doluluğu ona çəllək görüntüsü verirdi. Tarixçilər inanır ki, çənbərli tumanın bəzi formaları 18 tut genişlikdə ola bilirdi, bu da əslində memarlıq dizaynlarına təsir göstərirdi. Məs:pilləkənlər daha geniş oldu.