Ətəkmi, paltarmı, hansı modeldə olacağına qərar verdiniz, amma ətəyin uzunluğunu doğru seçə bildinizmi? Əgər seçə bilmədinizsə olduğunuzdan qısa, olduğunuzdan kilolu və uyğunsuz görünə bilərsiniz. Bunun üçün aşağıda yazılanlara nəzər salaraq sizə uyğun ətək uzunluğunu necə seçməli olduğunuzu öyrənin...
Uzun boylu və incə, normal çəkili xanımlar:
Nə qədər şanslı biri olduğunuzu söyləməyimizə ehtiyac yoxdur. Nə geysəniz üzərinizdə şahanə dayanır. Heç bir şey sizin üçün problem deyil, çuval geysəniz belə qısqanc baxışlar üzərinizdə olacaq. Ətək uzunluğu da sizin üçün dərd deyil..Mini, midi, maksi. Ombanızın altından ayaq biləyinizə qədər hər uzunluqda olan ətəklər sizin üçün idealdır. Amma siz üzərinizdə sıx oturan bir ətəyi ayaq biləyi uzunluğunda geyməyin. Bax o zaman eynilə bir çubuq kimi görünərsiniz...
Uzun boylu və çəkili xanımlar:
Uzun boyunuzun üstünlüyündən istifadə edərək kilonuzu gizləmək istəyirsinizsə, ayaq biləklərində bitən ətək uzunluğu tam sizə görədir.. Ancaq ətək yerinə paltarları, üzərinizə sıx oturan modellər yerinə yüngül, bol kəsimləri seçməlisiniz. Əgər üst bədəniniz nisbətən incə, omba qisminiz problemlidirsə, üstü və beli oturan beldən sonra genişlənən modellər doğru seçiminiz olar.
Qısa boylu və incə,normal çəkili xanımlar:
Mini ətəklər sizi həm cazibədar, həm də şirin göstərər. Üzərinizə oturan və dizinizin üzərində bitən ətəklərin uzunluğu sizin üçün idealdır. Uzun ətəklər sizi həm daha arıq, həm də daha qısa göstərəcək.
Qısa boylu və çəkili xanımlar :
Sizin üçün ideal ətək uzunluğu diz qapağınızın üzərində bitən uzunluqdur. Çox uzun ətəklər sizi olduğunuzdan qısa göstərər. Qabarıq ətəklər də olduğunuzdan kök. Çox dar və mini ətəklər qıç boyunuzu qısaldar və qıçlarınızı olduğundan kök göstərər. Uzun ətəkləri daha çox paltarlarda seçsəniz, doğru seçim etmiş olarsınız.