Qadin.NET / Alt paltarları haqqında təəccübləndirən 3 fakt

Alt paltarları haqqında təəccübləndirən 3 fakt

1. Modern buzqalter bir gecədə hazırlandı

1914-cü ildən əvvəl buzqalterlər korsetə bənzəyirdi. Ancaq korsetdən biraz daha qısa idi. Dəbə uyğun geyimlər sürətlə dəyişirdi amma alt paltarları heç dəyişmirdi. Buna görə korsetə bənzəyən buzqalterlər geyilməz halda idi. Mary Phelps Jacob adlı qadın kürək açıq yarı şəffaf donla korset geyinə bilmədiyi üçün 2 ədəd dəsmalı bir-birinə tikdi. Modern buzqalter belə ortaya çıxdı.

Daha sonra ixtiranın patentini aldı və hətta istehsalına başladı. Ancaq patenti satmağa məcbur oldu, əri bu işə girməsini istəmədi. 

Warner Brothers Korset Şirkəti patenti 500 min dollara aldı və ən 15 milyon dollar qazandı.

2. İlk gecəlik ancaq əsilzadələr tərəfindən geyilirdi

Gecəlik, orta əsrlərdə istifadə olunmurdu. Orta əsrlərdə insanlar çılpaq və ya bütün gün geyindikləri geyimlərlə yatardılar. Zərif parçalardan hazırlanan gecəliklər əsilzadələr tərəfindən istifadə olunurdu. 19-cu əsrin sonuna yaxın gecəliklər məşhurlaşmağa başladı. Sonra insanlar pijama geyinməyə başladılar.

3. Victoria’s Secret dünyanın ən bahalı buzqalterini istehsal etdi

Ən bahalı buzqalteri 2001-ci ildə super model Gisele Bündchen tərəfindən sərgiləndi. Buzqalterdə Tayland yaqutları daxil 300-dən çox qiymətli daş var idi.

19 avqust 2020
GO BACK