Böyük aksesuarlar
Böyük aksesuarlar adətən dəbi keçmiş təsiri yaradır. Yaşlı görünmək istəmirsinizsə, incə sırğalar, miniatür naxışları olan qolbaqlar və ya incə zəncir boyunbağılardan istifadə edin.
Dəbin köləsi olmayın
Əsas olan dəblə ayaqlaşmaq deyil, aldığınız geyim sizə necə qalır və özünüzü necə hiss edirsiniz. Xoşbəxt və rahat hiss etdirmirsə, geyinməyin.
Eynək seçimi
Üzünüzə uyğun eynək seçin. Bu sizi daha cavan göstərəcək.
Başdan ayağa qara
Qara zərifliyin rəmzidir. Amma gənc görünmək istəyirsinizsə, daima qara rəngli geyimlər geyinməyin. Parlaq rənglərə də yer verin.
Hündürdaban ayaqqabı
Hündürdaban ayaqqabıları həyatınızdan tamamilə çıxarmayın. Gənc görünmək üçün onlara ehtiyac var.