Topuz saçlar
Yığılmış saç düzümlərinin ən çox seviləni topuzdur. Gündəlik tərzinizə də uyğunlaşdıra bilərsiniz.
Hörüklü yığılmış saçlar
At quyruğu saçların sizin üçün rahatdırsa, hörəklə işi daha maraqlı edə bilərsiniz.
Üzünüzə yaraşdırın
Bəyəndiyiniz, amma sizə yaraşdığını düşünmədiyiniz saç modellərindən qaçmayın. Belə hallarda kiçik dəyişiklər edərək, modeli üzünüzə yaraşdıra bilərsiniz. Məsələn, geniş alına sahibsinizsə, at quyruğu yığarkən saçlarınızı alınıza tökə bilərsiniz.
Aksesuar istifadə etməkdən qorxmayın
Saçlarınıza aksesuarla rəng qatın. Yeni trendlər arasında zərif saç aksesuarları və rəngli saç lentləri tərzinizi əks etdirməyə kömək edər.