Fırfır modası
Balenciaga, Valentino, Miu Miu, Chanel və Off-White kolleksiyasında fırfır parçalar yer alır. Ətək uclarında və pencək qollarında istifadə edilir.
Bronz metallar
Valentino, Celine, Balenciaga və Rochas markalarının dizaynerləri bronz metalik aksesuar və rənglərdən istifadə etdilər.
Güclü çiyinlər
Gələcək illər görəcəyimiz ən vacib detallardan biri isə paqonlar olacaq. Çiyinlərə güclü görüntü qazandırmaq istəyən markalar isə Mugler, Balenciaga və Balmaindir.
Dantel detalları
Loewe, Alexander McQueen və Isabel Marant markalarında dantel parçalar istifadə olundu. Eyni markalar dəri parçalara üstünlük verdi.