Palantin – soyuq qiş fəslində qadın qarderobunun klassik atributlarından birini təşkil edir. Palantin təkcə soyuqdan qorumur, o, həm də qadının simasına zəriflik və romantiklik çalari verir.
Palantinlərin XIX əsrin sonunda dəbə girməyi fransız imperatoru III Napoleonun xanımının onlara göstərdiyi maraq və sevgi ilə bağlıdır. İmperatriça Yevgeniyadan sonra incə kəşmirdən palantinlər geyinən o vaxtın digər məşhur qadını – ingilis kraliçası Viktoriya oldu. Təbii ki, tezliklə bu dəb bütün Avropaya yayıldı.
Palantin formasına görə dördbucağı xatırladan uzun və kifayət qədər geniş örtükdür. Qışda qalin, xəz işləməli, kəşmir palantinlər, yayda isə– yüngül ipək örtüklər paltarlarınıza yaraşıq qatacaq.
Kəşmir palantini uzun palto və qısa kürk ilə uyğunlaşdira bilərsiniz...
Kəşmir palantininizə ona uyğun rəng qammasında çanta və aksessuarlar seçməklə siz orijinal ansambl yaradacaqsınız.
Naxışlı tikişlərlə, saçaqli işləmələrlə və dekorun başqa növləri ilə bəzədilən ipək palantinlər zövqünüzü oxşayacaq.