SİMAY BARLAS
"Zalim İstanbul" serialının Damlası olan Simay Barlas, internet fenomenidir. Oynadığı roldakı kimi geyim tərzini paylaşmağı sevir. Aktrisa 21 yaşındadır.
ALİNA BOZ
"Paramparça" serialı ilə tanınan Alina Boz, uzun donları, hündürdaban kombinləri ilə izləyicilərini sevindirir.
DEMET ÖZDEMİR
27 yaşlı aktrisa tərzi ilə diqqət çəkir. Uzun boyunun üstünlüyündən istifadə edir. Kiçik daşlı boyunbağıları, parça şalvarları ilə ekranların sevimlisidir.
SEVDA ERGİNCİ
"Yasak Elma" serialında Zeynep obrazını canlandıran aktrisa don kombinləri ilə tanınır.
ASLI ENVER
"İstanbul Gelin" serialından tanıdığımız Süreyya, 35 yaşında olmasına baxmayaraq hər yaşa uyğun geyimləri ilə seçilir. Aksesuarları özünə yaraşdırmağı bacarır.
MELİSA ASLI PAMUK
28 yaşında olan Melisa 2011-ci ildə Türkiyə gözəli seçilmişdir. Geyim tərzi ilə də diqqət çəkir.
NİLAY DENİZ
Düz saçları və şalvar kombinləri ilə tanına 26 yaşlı Nilay da bu siyahıda yer alır.