Qadin.NET / Dəbdən düşməyən geyimlər

Dəbdən düşməyən geyimlər

 

Ağ köynək

Ağ köynəyin uzun illər əvvəl başlayan dəbi hələ də davam edir. Düz ağ klassik köynəklə, mat qırmızı dodaq boyası və rəngli yazlıq ayaqqabılar gözəlliyinizə gözəllik qatacaq. Bu köynəklər hər cür kombin yarada bilərsiniz, yaradıcılığınıza inanın. 

 

Dəbdən düşməyən geyimlər

 

 

İri eynəklər

Son bir neçə sezondur kiçik eynəklər hökümranlığını qorusa da, iri çərçivəli eynəklər dəbdən düşməyib. Həmişə eyni dərəcədə zərif və dəblidir. Məşhurların sevimlisi olmağa davam edir.

 

Dəbdən düşməyən geyimlər
 

Enli şalvar

70-ci illərdən trendlərdən olan enli ətəkli şalvarlar dəbli görünməyə davam edir. Zərif və rahat olan bu şalvarlar trendlər arasında yerini qoruyur.

 

Dəbdən düşməyən geyimlər

 

 

Sallanmış sırğalar

60-cı illərdən məşhurların geyimlərini bəzəyən uzun sırğalar, bu günə kimi öz aktuallığını qoruya bilib. Bir sırğa ilə dəbli görünmək mümkündür.

Dəbdən düşməyən geyimlər

 

Kostyum

Kişilərin qarderobundan istifadə etməyi sevən qadınların ən sevdiyi geyim kostyumlardır. Uzun illərdir kişilərin qarderobu qədər qadınların da qarderobunda yer alan kostyumlar günümüzün trendlərindəndir. Bir çox məşhur kostyumlardan istifadə etməyi sevir.

Dəbdən düşməyən geyimlər

 

4 aprel 2019
GO BACK