Hörük saç qadınların illərdir üz tutduğu saç düzümüdür. Praktik və rahat olduğu qədər gözəl görünür. Sezonun dəbinə uyğun olaraq qısa saçlara üstünlük verən xanımlar üçün qısa saç üçün olan hörük modellərini təqdim edirik. 2019-un ən trend modelləri arasında yer alan qısa saçlarınıza daha gözəl forma vermək istəyirsinizsə, hörüklərdən istifadə edin.
Xüsusi günlərdə geyiminizin gözəlliyi ilə bütünləşək saç və makiyanızla diqqət çəkmək istəyirsinizsə, qısa saçların arasından keçən zərif hörük hörə bilərsiniz. Altda qalan saçları düzləşdirərək sadə model əldə etmiş olacaqsınız. Daha parıltılı görüntü üçün buruqlardan da istifadə edə bilərsiniz.
Qısa saçları yığmaq bir xeyli çətin olur. Bəzən qısa saçdan yorulduqda, alınıza və boyunuza tökülməsini istəmədikdə, yandan uzun bir hörük hörə bilərsiniz. Bu hörüklə rahat işləyə bilərsiniz.
Küçə tərzini uyğun, həm də təbii tərzi kimi görünən model istəyirsinizsə, bu modeldən istifadə edə bilərsiniz.