Qadin.NET / Boğazlı köynək (vodolazka)

Boğazlı köynək (vodolazka)

Boğazlı köynək (rus dilində vodolazka) – nazik parçadan, dar, uzun və bədənə yapışan, boğazı olan köynəkdir. 

Qış aylarında geyindiyimiz bu köynək rus dilində olduğu kimi bizim dilimizdə də boğazlı köynək deyil elə vodolazka deyilir. 

Tarixi:

Bu köynəklərdən ilk dəfə XIX əsrin ortalarında vodolazlar geyinirdilər.  Bu insanların bədənləri isti olsun deyə vodolaz kostyumlarının altından geyinmək üçün belə bir köynəklərə ehtiyyacları var idi.  Beləcə bu boğazı bir neçə dəfə qatlana biləcək köynəklər onlara çox kömək oldu.

 

 

 

Bir müddət sonra XX əsrdə bu köynəklər pilotlarında diqqətini çəkdi. Bu boğazlı köynəklər onları havada olarkən soyuqdan müdafiyə edirdi.  Pilotlar bu köynəkəri çox rahatlıqla dəri gödəkçələrin altından geyinirdilər. O qədər rahat geyim sayılırdi ki, hətta gündəlik həyatlarında belə bu köynəklərdən istifadə etdilər.

İkinci dunya müharibəsi zamanı bu köynəklər bəzi ölkələrin hərbi forması belə sayılmağa başladı. 

1959 – cu ildə Pyer Karden öz kolleksiyası olan pret-a-porter boğazlı köynəklərini nümayiş etdirmişdir.  Nümayiş nəticəsində bu köynəklər inanılmaz dərəcədə məhşur olmuşdular. 

“Düz qara ətək və qara nazik boğazlı köynək – budur mənim işgüzar qadın geyimim”  deyən İv Sen – Lorananın geyim kolleksiyasında bu köynəklər öndə idilər.

“Bitlz” musiqi qrupunun  sevimli köynəyi oldu bu köynəklər.  O zamanlarda bütün dəblə ayaqlaşan xanımlar bu boğazlı köynəklərlə mini ətəklər geyinirdilər. 

 Boğazlı köynəklər hal – hazırda:

Bu boğazlı köynəklər qadınların və kişilərin çox sevdiyi bir köynəkdir.  Hər bir qadının qarderobunda rast gəlinən bu köynəkləri həm şalvar həm ətək ilə geyinmək olar. 

Bu köynəkləri həm uşaq həm böyüklər geyinə bilər. Sport və iş geyimi belə sayılır bu köynəklər.

Köynəklər Yves Saint Laurent, Blumarine, Tommy Hilfiger, Marc Jacobs, Dolce & Gabbana, Lacoste, Kenzo, Blumarine brendlərinin məhşur kolleksiyalarına daxildirlər.

 Nə ilə və necə geyinməli?

Bəzən bu boğazlı köynəklərin qolsuz olduğunu görsək belə bu əsla yay geyimi sayılmır. Sərin havada qeyinilməsi nəzərdə tutulmuşdur.  Bu köynəkləri enli və dar ətəklərlə də geyinmək olar. 


Boğazlı köynəklər dar, düz və balonlu ətəklər ilə geyinildikdə çox gözəl görsənir. 

Eləcə də bu köynəkləri iş geyimi olan kostyumların altından geyindikdə çox göxəl görsənirlər. Bu zaman sizə ciddi və eleqant görünüşlü görsənməkdə kömək olurlar.


Eləcə də bu köynəkləri siz sarafanla da geyinə bilərsiz


Ulduzların seçimi

Hollivud məhşurları isti havaya görə daima açıq geyinməyi sevsələr belə,  britaniyalılar daha çox boğazlı köynəklərə üstünlük verirlər.

Riz Uizerspun rahatlığa üstünlük verdiyindən daima cins və boğazlı köynəklərdən istifadə edir.

Ceri Xolliuel boğazlı köynək, şort, uzunboğaz çəkmələr və corabların necə gözəl payız geyimi olduğunu nümayiş etdirir.


Bəs siz necə boğazlı köynək geyinməyi xoşlayırsınız?
16 sentyabr 2011
GO BACK