Qadin.NET / 2019 trend saç kəsimləri

2019 trend saç kəsimləri

 

2019-cu ilin trend saç kəsimlərini təqdim edirik.

 

Retro saç kəsimi

Saçlarınızda böyük dəyişiklik etməyi düşünürsünüzsə, ancaq ilin trendinə uyğunlaşmaq istəyirsinizsə, 2019-un trendlərindən olan retro kəsimlərə üstünlük verə bilərsiniz. İddialı görüntü qazandıran retro saç kəsimləri, xüsusi dəvətlərdə diqqətləri cəlb edəcək.

 

2019 trend saç kəsimləri

 

Sadə saç kəsimi

2019-da  təbiiliyi ilə ön planda olmağı sevənlərin seçimi olacaq. Zərifliyi və təbiiliyi seçilən, incə üz xətlərinə sahib olan qadınlar bu saç düzümünə üstünlük verə bilər. Bu model ciddiliklə zərifliyi birləşdirir.

 

2019 trend saç kəsimləri

 

 

Qatlı V kəsim

Saçlarınız gur olduğu üçün forma verə bilmirsinizsə, 2019-un trendi olan qatlı V modelini yoxlaya bilərsiniz. Bu model sizi olduğunuzdan daha gənc göstərəcək.

 

2019 trend saç kəsimləri

 

12 fevral 2019
GO BACK