Uyğunlaşdırma sənəti
Məşhur dizaynerlər, bu il üçün yumşaq rəngli çiçəklərlə metalik rəngləri uyğunlaşdırıb. Siz də buna uyğun olaraq sərt və romantik tərzləri birləşdirib dəbli görünə bilərsiniz.
Zərif görüntü
Romantik və zərif detalların yer aldığı çiçəkli geyimlərlə üzünüz güləcək. Bu görünüşü tamamlamaq üçün təbii dalğalı saçlar və təbii parçadan hazırlanmış çanta doğru seçim olacaq.
Klassikdən üz döndərməyənlər
Klassik tərzi sevənlər bu yay sevinəcəklər. Klassik geyimləri gündəlik istifadə edə biləcəksiniz.
Modern toxunuş
Neon və plastik axın yenidən güc qazanacaq. Bohem tərzi də özünü göstərəcək.
Enerjili, qarışıq Kuba havası
Əgər sadə geyimləri sevmirsinizsə, Versace modelyerlərinin hazırladığı rəngli geyimlərə üz tuta bilərsiniz. Kubanı xatırladan geyimlər enerjili insanların seçimi olacaq.
Sizin tərziniz hansıdır?
Öz tərzinizə yeniliklər qataraq, dəblə uyğunluq yarada bilərsiniz.