İşləyən qadınlar, hər gün evdən çıxarkən saçlarını qısa müddətə hazırlayıb evdən çıxmağı arzulayırlar. Onlar üçün asan və praktik saç modellərini təqdim edirik.
Gündəlik həyatda xilas edici olan topuz modelləri, sizi olduğunuzdan daha zərif göstərə bilər. Xəfif makiyajla bu işi bitirə bilərsiniz. Evdə istifadə etmədiyiniz bantlarla saçlarınıza fərqlilik qata bilərsiniz.
Xüsusilə, saçlarının uzunluğundan şikayətçi olan qadınlar, səhərləri qabaran saçlarını yan hörük üsulu ilə qüsursuz hala gətirə bilərlər. Gecə yatmadan əvvəl saçlarınızın ön və orta hissəsindən hörərək yatıb, səhər oyandıqda hörüyü açıb, yandan yığdığınız saçlarla gözəl görünə bilərsiniz.
Saçlarınıza müasirlik qatmaq istəyirsinizsə, qısa saçlar xilaskarınız ola bilər. Qısa saçlarla asanlıq evdən çıxa bilərsiniz.