Dəb lüğəti - İngilis kostyumu
İngilissayağı kostyum- ümumi anlayışda - işgüzar, tünd rəngdə və ciddi formada olan geyim formasıdır
Tarixi
İngilis kostyumu 18-ci əsrdə fransız versal dəbinə qarşı olaraq yaranmışdır. Bu kostyum ilk əvvəl kişi geyimi olaraq hazırlanmış, daha sonralar öz formasını dəyişərək qadınlar üçün kostyum geyimləri kimi də yayılmışdır. Həmin kostyum düz ətəkdən (həm qat-qat həm sadə) və boyunlu, yaxalıqlı jaketdən (pencəkdən) ibarət idi. Kostyumu adətən sadə zolaqlı və yaxud dama- dama parçadan tikirdilər. İngilis kostyumuna maraq birinci dünya müharibəsi bitdikdə, qadınların azad olması ilə maraq daha da ardı. Məşhurluğun pik nöqtəsi isə keçən yüzilliyin 80-ci illərinə təsadüf edir. İngilis kostyumu işgüzar xanımı, öz praktikliyi, hər cür fiquraya uyğunluğu və kübarlığı ilə cəlb etmişdir
Ulduzlar ingilis kostyumunu seçirlər.
Ulduzların bir daha sübüt etdiyi kimi ingilis kostyumunda tək işə deyil, digər tədbirlərə də getmək mümkündür. Ketrin Zeta Cons tədbirlərin birində ciddi bej rəngində kostyumla iştirak etmişdir. O, ətəyi futlyar-donla əvəz edərək, fantaziyasını da işə salib, bu geyimə şlyapa da əlavə etmişdir. Salma Hayek və Rene Zelveqer isə pencəyi tək geyinməklə (lüt bədənə) qarderobun bu ciddi geyimini seksual silaha çevirmişdirlər. Supermodel Tayra Benks isə köynək əvəzinə jilet geyinir- bu stil kostyumun yeni növü sayılan üçlük( troyka) formasından istifadə etməklə yaradılmışdır. Teleaparıcı Opra Uinfri bir daha sübüt etmişdir ki, parlaq rəngli kostyumlar da ciddi və işgüzar görsənə bilər, o köynək əvəzinə kostyumun rəng çalarına uyğun toplardan istifadə edir.
Nə ilə geyinək?
Klassik versiyada ingilis kostyumu ciddi ağ rəngli pampıq köynəklə geyilir. Aksesuar kimi ipək kiçik ölçülü boyun şərflərindən də istifadə etmək olar. Son zamanlar pambıq köynəkləri, ipək bluzalarla, pambıq ,trikotaj və kaşmir toplarla əvəz ediblər. Bu geyimlə, zinyət əşyalarından, mirvaridən istifadə etmək olar. Klassik variantda saatdan və metal rəngli qolbaqlardan istifadə olunur. Bu günümüzdə klassik ingilis kostyumlarına tək ciddi tünd rənglərdə deyil- tünd qırmızı, göy və yaşıl rənglərdə də rast gəlinir.
Faydalı məsləhətlər.
1. Pencək alarkan yaxalığına diqqət edin- onlar asanlıqla qatlanmalı və bir- birindən aralanmalıdırlar.
2.Pencəyin iç üzü pencəyin rənginə uyğun olmalıdır.
3. Düymələrə fikir verin. İş geyiminin "lüks" istehsalçıları düymələri tam şəkildə tikmir (yəni iç üzünə).
4. İngilis kostyumuna açıq rəngli köynək və bluzalar seçilməsi məsləhətdir.
5. Kostyum nə qədər açıq rəngli olsa, deməli onun keyfiyyəti daha yaxşıdır.