Qadin.NET / Bədənə görə şalvar seçimi

Bədənə görə şalvar seçimi

Şalvarını bədəninə görə seç...

Əgər geniş ombalara sahibsənsə, aşağı bel şalvarlar tam sənə görə. Çarpaz cibli şalvarlar, poponu hər vaxt daha qalxmış və seksual göstərər. Qıç boyun qısadırsa, xəttli şalvarları sınamalısan. (Ümid edirik təkrar moda olarlar)

 

Bədənə görə şalvar seçimi

  Etmə!!!

Şalvarını əsla geyinmədən alma!Deyişmə otağının qarşısında uzun bir növbə olsa belə. Əgər çox incə deyilsənsə, bədənə oturan şalvarlardan hər vaxt uzaq dayan! Qarnın varsa, aşağı bel şalvarların yaxınından belə keçmə!

 

Bədənə görə şalvar seçimi

 

Qıçların uzunsa...

Bilək üzərində bitən jean şalvarlar sənə çox yaraşar. Amma əgər omban ideal ölçülərdə deyilsə, cibləri diqqətə çarpan olan modelləri seçməlisən.

 

Bədənə görə şalvar seçimi

 

  Kifayət qədər incəsənsə...

Qıç şəklinin əhəmiyyəti yox, əgər incə bir bədənə sahibsənsə dümdüz enən şalvarlarla stil sahibi bir görünüş əldə edə bilərsən. Altına da dikdaban ayaqqabılarını geydinmi tamamdır!

 

Bədənə görə şalvar seçimi

  Qarnın varsa...

 Qarnından xilas olmanın ən yaxşı yolu nizamlı olaraq idman etməkdir! Amma əgər məşqə kifayət qədər vaxt ayıra bilmir amma yenə də modelləri qısqandıracaq bir bədənə sahib olmaq istəyirsənsə bu tərz şalvarları sına. Həm yüksək bel bu qədər modaykən!

 

Bədənə görə şalvar seçimi

 

Çox zəifsənsə... 

  Əgər kürək sümükləri belə sayılacaq qədər incəsənsə şalvar geyməkdən nifrət edə bilərsən. Yenə də yaxşı düşün! Bu çuval kimi şalvarlarla çox yaxşı balıq əti konsistensiyasında görünə bilərsən.

 

Bədənə görə şalvar seçimi

 

  Ombaların genişsə...

Diqqəti tamamilə bu bölgədən uzaqlaşdırmağa nə deyirsən? Bəlkə inanmayacaqsan amma cibli, idman modellər səni çox daha incə göstərəcək. Heç olmasa arxadan!

 

Bədənə görə şalvar seçimi

 

23 avqust 2011
GO BACK