Saçlarda Sombre dəbdədir
Sombre ombredən fərqli olaraq saçda daha təbii görünüş əldə etmək üçün seçilir. Saçda dibdən uca rəng keçidi daha yumşaq olması, buna görə də rəng tonunun çox olmaması ən vacib detallardandır.
Ombredə saçda 7 fərqli rəng tonu görmək mümkünkən, sombredə isə iki rəng arasında 4 ton fərq olmalıdır. Bu da təbii görüntü yaradır.
Bu yay parıltılı saçlar dəbdədir
Günəşin parıltısının saçlara əks olunduğu bu yay, təbiilik ön plandadır.
Saçını dibdən uca boyamaq və ya ombre ilə saçı yormaq yerinə, sombreni seçərək saçların ucunu fərqli rəng tonu ilə açaraq saçın görünüşünü dəyişə bilərsiniz.
Nə qədər trend olsa da, hər kəs özünə yaraşanı tapmalıdır.