Saç lenti ilə yığılmış topuz
İdman edərkən ideal saç model heç şübhəsiz topuzlardır. 2018-in trend saç aksesuarları arasında olan lentlər idman edərkən rahatlığınızı təmin edəcək. Xüsusilə, yoga və pilates sevənlər üçün ideal seçimdir.
Yarım Topuzlar
Əgər saçlarınızı tamamilə yığmaq istəmirsinizsə, tam topuzu üzünüzə yaraşdırmırsınızsa, son illərin trendi olan yarım topuzlara üstünlük verə bilərsiniz.
Hörüklü atquyruğu
Bütün idmançıların sevimli saç düzümü olan hörüklü at quyruğu gözəl seçim olacaq. Xüsusilə, tenis, basketbol, voleybol oynamağı sevənlər üçün ideal seçimdir.
Bob kesim saçlar
İdmandan əlavə günlük həyatda da rahatlığınızı təmin edəcək saç düzümü bob saç kəsimidir.