Qadin.NET / 2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

 

 

2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

 

 

İstər məktəb, istər univeritet olsun məzuniyyət şənliyi hər qızın həyatında çox əhəmiyyətli yerə sahibdir. Uzun illər verilən əməklərdən sonra hər şeydən uzaqlaşıb, əylənmək və stress atmaq üçün planlanan bu xüsusi gündə şübhəsiz hamı qüsursuz görünmək istəyir. Aradan illər keçsə də xatırlanacaq o anlar üçün verilən əmək bu qüsursuzluğa da dəyir. Geyimindən ayyaqqabısına, aksesuarından saç və makiyaja qədər hər detal diqqət ilə seçilməlidir.

 

 

2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

 

 

Geyimə uyğun saç modellərinə üstünlük verilməlidir

Məzuniyyət günü gənclərin ən çox etdiyi səhvin geyimə uyğun saç modeli seçməmələri olduğunu bildirən saç ustası Doğan Çelik, "Geyim ilə bir-birini tamamlayan modellərin seçilməsi lazımdır. Hər dövrün müəyyən trendlər ön planda olsa da, seçilən geyim saç modelinin görünüşünə təsir edir." deyərək fikirlərini bildirdi.

 

 

2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

 

 

Az yığılmış, dağınıq və təbii modellər

Saç ustası Vahit Palas, "Bu il çox sıx yığılmış saçlar yerinə ola bildiyincə az yığılmış, dağınıq və təbii saçlar ön plandadır. Əgər straplez bir geyim seçmisinizsə, boyun hissəsi açıq olmalı, ənsə hisəsi uzun olanlarda da ənsə açıq saxlanılaraq sadə topuz modellərinə üstünlük verə bilərsiniz." söylədi.

 

 

2018-ci ilin məzunları üçün saç və makiyaj hiylələri

 

 

Göz makiyajı ola bildiyincə az olmalı

Makiyajda şişirtmə və mükəmməllik arasındakı incə xəttə makiyaj ustası Nuran Öztürk, "2018-ci ili makiyaj trendləri baxımından cəsur tonların hakimiyyətinin davam etdiyi bir il olsa da sadəlik hər zaman ən düzgün seçimdir. Məzuniyyət makiyajına başlamadan əvvəl dərinin mütləq makiyaja hazır vəziyətə gətirilməsi lazımdır. Üz gül suyu ilə azca təmizlənməlidir ki, makiyaj dərinizdə pul-pul görünməsin." formasında fikirlərini bildirdi.

 

29 may 2018
GO BACK