1999-cu ilin fantastik filmi olaraq həyatımıza girən və aradan illər keçməsinə rəğmən fantastik film deyildikdə ağla ilk gələn filimlərdən biridə Matrix filmidir. Matrix filmi sadəcə film sevənləri deyil moda dünyasını da təsiri altına almağa başladı. 2016-cı ilində Balenciaganın PAris defiləsində, daha sonra Marc Jacobsın 2017 Yaz kolleksiyasının ilham mənbəyi oldu.
Keçən il taxtını küçə modasına buraxan dəri, bu il Matrix təsiri ilə təkrar yerinə sahib çıxır. Uzun qara dəri gödəkçələr və filmin adətən simvolu halına gələn qara eynəklər ilə geyinilən geyimlər bu sezonun trendləri arasındadır.