Fərqli eynəklər
Keçmişin nostalji havasını daşıyan rəngli eynəklər, bu ildə dəb oldu. Fərqli tərz yaratmaq istəyənlərin çox sevdiyi bu eynəklər, məşhur markalar üçün əvəz edilməzdir.
Çiçəkli donlar
2000-ci ilin ən sevilən donu olan çiçəkli donlar, məşhur markaların dizaynı ilə yenidən dəb oldu. 2018-ci ilin yazında tez-tez qarşılaşacağımız donlar, zərif və şux bir görüntü yaradacaqlar.
İri toqqalı kəmərlər
1980-ci illərin dəbi olan iri toqqalı kəmərlər yerini incə və hətta toqqasız kəmərlərə buraxmışdı. Bu sezon böyük kəmərlər geri qayıdır.
Alçaq daban ayaqqabılar
Məşhur markaların uzun müddətdir istifadə etmədiyi alçaq dabanlı ayaqqabılar, 2017-2018 sezonunda həm botinkalarda, həm də klassik ayaqqabılarda öz əksini tapır.