Qırmızı rəngli geyimlər göz oxşayacaq. İndidən vitrinlərinləri bəzəyən qırmızı, 2018-in trendləri arasındadır.
Qaşlı və fərqli tonlar corablar tərzinizi gözəlləşdirəcək. İstənilən tərz ayaqqabı ilə uyğunlaşdıra biləcəksiniz.
Gangster tərzi bu ilin trendlərindən olacaq. Tünd rəngli geyimlər bu tərzin əsasıdır.
"Oversize" köynəklər 2017-nin sonundan yayılmağa başlasa da, 2018-də də qarşımıza çıxacaq.
Kostyumlar ofis geyimlərinin əsasını təşkil etsə də, bir çox qadının sevimlisidir. Bu ilin trendlərindən sayılır.
Üzərində müxtəlif şüarlar olan geyimlər bu ildə dəbdə olacaq.
Məxməri parçadan olan donlar bu il dəbdə olacaq.
Şəffaf ayaqqabılar, çantalar, üst geyimləri bu ilin trendlərindəndir.
Geyimlərin müəyyən hissəsini bəzəyən kürklər də diqqətdən kənarda qalmayacaq.