Qadin.NET / Şal bağlamağın müxtəlif üsulları (FOTO)

Şal bağlamağın müxtəlif üsulları (FOTO)

Hər cür paltarların dəbi olduğu kimi, şal bağlama modellərinin də dəbi var. Bu il hər yerdə gördüyümüz adyal naxışlı şallar soyuq qış günlərində fərqli şal bağlama modelləri ilə bizi həm isti tutacaq, həm də dəbli göstərəcək. 

Qandal şal bağlama modeli 

Qandal şal bağlama modelini əldə etmək üçün kvadrat formada olan şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Fotoda da göründüyü kimi, üçbucağın geniş tərəfi çənə nahiyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


İki ucu çiyninizdə çarpaz gələcək şəkildə bir-birinə əks keçirin və iki ucu birdən ön tərəfə gətirin.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)

 

 Üçbucağın altında iki incə uc olmalıdır.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Bu iki ucu üçbucağın altında bağlayın və getməyə hazırsınız.

 

Düyün şal bağlama modeli

Düyün şal bağlama modeli üçün kvadrat şəklindəki şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Üçbucağın geniş tərəfi çənə səviyyənizə gələcək şəkildə, incə uclardan şalı geriyə çəkin.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Təkrar iki ucu çiyninizdə çarpaz şəkildə bir-birinə zıdd keçirin.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Önə aldığınız ucları bu dəfə üçbucağın üstündən bağlayaraq daha hərəkətli bir görünüş əldə edə bilərsiniz.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Hörük modeli

 

Kvadrat şəklindəki şalı açın və iki çarpaz ucu birləşdirərək üçbucaq əldə edin. Bu üçbucağı fotoda göründüyü kimi bağlayın.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)



 

Qatladığınız şalın tam ortasından əlinizi keçirin və şalı çiyninizə alın.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)



 

Uclardan birini şalın ortasını tutduğunuz yerdən keçirin. 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Yaranan dairəni öz içində çevirin və digər ucu da tutun.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


İkinci ucu da burduğunuz dəlikdən çəkin.

 

 

Kəmərli şal modeli

Üçbucaq hazırladığınız şalı çiyninizə salın.

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)


Şalın üstünden kəmərinizi taxın və getməyə hazırsınız.

 

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)

 

Şal bağlamağın müxtəlif üsulları (FOTO)

 


Milli.Az

20 dekabr 2017
GO BACK