Bu qış üzərində müəyyən şüarlar olan çantalar trend olacaq. Yavaş dəb dünyasını ağuşuna alan bu trend, bir çox qadının sevimlisinə çevrilməyə başladı.Klassik tərzdən yorulan qadınlar üçün, olduqca iddialı olan çantalar, həm idman tərzi ilə, həm də klassik tərz geyimlərlə istifadə oluna bilər.
Bu tərz çantaların məşhur olmasının ən böyük səbəbi küçə dəbini əks etdirməsidir. Bundan əlavə çantalar, yazılan şüarlardan əlavə geometrik formaları və rəngləri ilə diqqət çəkir. Firmaların adlarından əlavə,"Exit, Forever, No, Amaze" kimi şüarlar, bu çantaları bəzəyir.