Qadin.NET / Dəbdən düşmüş trendlər

Dəbdən düşmüş trendlər

 

Tez bir şəkildə həyatınıza girən trendlərin çoxu qısa müddətdən sonra unudulur. Sizlərə son illərdə məşhur olan, ancaq tez unudulan moda dəblərini təqdim edirik:

Dəbdən düşmüş trendlər

 

Boz saç

Bir dövr məşhur olan boz saç trendi, qısa müddətdə unuduldu. Hətta onun yerinə küllü tonlara üstünlük verildi.

Dəbdən düşmüş trendlər

Cırıq cinslərdən görsənən corablar

Bu parça nə qədər məşhur olsa da tez unuduldu. 

 

Choker boyunbağı

90-cı illərin ən məşhur trendlərindən biri olan choker boyunbağılar, qısa müddət əvvəl yenə trend olmuşdu. Boyunbağının metal olanları hələdə məşhur olsa da, ipli olanları artıq unudulub.

Dəbdən düşmüş trendlər

Enli kəmər

Hər cür geyimlə rahatlıqla istifadə edilən və beli olduğundan daha incə göstərən enli kəmərlər də qısa müddətə məşhurluğunu itirdi.

 

Hündür idman ayaqqabıları

Trend olduğu zamanlarda insanları ikiyə ayıran bu ayaqqabılar da qısa müddətdən sonra unuduldu.

Dəbdən düşmüş trendlər

Düz qaşlar

Qalın qaşların moda olduğu zamanda ortaya çıxan qüsursuz görünən düz qaşlarda qısa müddətdə unudularaq yerini təbii qaşlara buraxdı.

 

Yarım topuz saçlar

Bir dövr trend olan topuz modelləri yerini daha təbii yıxılmış saçlara verdi.

23 oktyabr 2017
GO BACK