Qadin.NET / Ayaq boyunu uzun göstərməyin yolları

Ayaq boyunu uzun göstərməyin yolları

Ayaq boyunu uzun göstərmək üçün müxtəlif geyim hiylələrinə müraciət edə bilərsiniz. Bu nöqtədə ilk köməkçin mini (qısa) ətəklər olacaq. Ətək boyu nə qədər qısa olsa ayaqların o qədər uzun görünəcək.




Mövsümün modası təpədən dırnağa tək rəng geyinmək ayaq boyunun daha uzun görünməsində təsirlidir. Bu sayədə olduğundan daha incə də görünə bilərsən.


2011 yaz modasının məşhur markalarından uzun paltarlar tək rəng olaraq geyildiyi zaman ayaq boyunu uzun göstərəcək.



Roma imperatorluğu stili dediyimiz sinə altından aşağı doğru düz enən paltarlar ayaq boyunu uzun göstərər.



Yüksək bel ətək ya da şalvarlar göz çaşqınlığı yaradar və ayaq boyunu daha uzun göstərər.



Paltar, kofta, köynək kimi parçalarda sinənin dərhal altında istifadə edəcəyin qalın kəmərlər qıçlarının daha uzun görünməsini təmin edər.



Daha uzun görünmənin ən zəmanətli üsullarından biri də dikdaban ayaqqabılardır. Plomb topuqlar yerinə qələm topuqlar seçmənizi təklif edərəm.


Diz altı ətək və paltarlar ayaq boyu uzun olan bir qadını belə qısa göstərəcək.
8 iyul 2011
GO BACK