Hər sezon, başdan ayağa yenilənmək üçün modanı yaxından izləyənlərdənik. Ən son rənglər və ən vacibi yeni sezon saç modelləridir. Saç insanın xarici görünüşündə köklü dəyişiklik edən və tərzini ortaya qoymasına kömək olan ən vacib ayrıntıdır. Hər detala əhəmiyyət verən qadınlar üçün 2017-ci ilin saç trendlərini sizlər üçün araşdırdıq.
Bu sezon saç modelləri heç vaxt dəbdən düşməyən sarı saç modellərini olduqca çox görəcəksiniz. Ancaq iddialı sarı tonların yerinə daha təbii rənglər 2017-ci ilin trendi olacaq.
Günəş kimi işıldayan saçların sahibi olacaq qadınlar dəri rənginə görə sarının tonlarını bu il də çox sevəcəklər. Yenə keçən il dillərdən düşməyən və xüsusilə, gənclərin çox sevdiyi dalğalı saçları yenə də listənin ön sıralarında olacaq. Saçlarında azadlıq ya da hörüklərin məsumiyyətini yaşamaq istəyənlər istədikləri modelləri rahatlıqla yoxlaya bilərlər.