Qadin.NET / Bədən formasına görə ətək növləri

Bədən formasına görə ətək növləri

Bədən formasına görə ətək növləri

İncə və uzun ayaqlara sahibsinizsə

İnsanlar çox vaxt nə qədər şanslı olduğunuzu demişdirlər. Nə geyinsəniz yaraşır. Ətək qısalığı, uzunluğu fərq etməz. Ancaq uzun ətəklərin ayaq biləyinizi tamam örtməsinə diqqət edin.

Bədən formasına görə ətək növləri

Uzun boya və iri təmələ sahibsinizsə

Uzun boyunuzdan istifadə edərək çəkinizi gizlədə bilərsiniz. Bunun üçün etməyiniz lazım olan sadəcə uzunluğu ayaq biləyində bitən tünd rəngli ətəklər geyinməyinizdir. Qısa ətəklərdən istifadə etmyiniz məsləhət deyil. Ətək yerinə tünd rəngli donlar geyinə bilərsiniz.

Bədən formasına görə ətək növləri

Qısa boylu və çəkilisəniz

Sizin üçün ideal ətək modeli diz qapağında bitən ətək modelləridir. Çox uzun boyda ətəklər geyinmək sizi olduğunuzdan balaca  göstərəcəkdir. Çox dar və mini ətəklər boyunuzu qısaldır və ayaqlarınızı olduğundan kök göstərir.

Bədən formasına görə ətək növləri

Qısa boylu və arıq bədənə sahibsinizsə

Qısa ətəklər sizi gözəl göstərəcəkdir. Üzərinizə oturan və diz qapaqlarının bir qarış yuxarısında bitən ətəklər tam sizlikdir. Uzun ətəkləri bu tip bədənə sahib olanlara tövsiyyə etmirik.

11 fevral 2018
GO BACK