Qadin.NET / Modanı ağıllı istifadə edin

Modanı ağıllı istifadə edin

Modanı ağıllı istifadə edin 

Necə görünmək istədiyinizi və öz bədəninizi yaxşı bilirsinizsə modanı ağıllıca istifadə etmək çətin deyil. Siz modanın əsiri olmayın, moda sizə xidmət etsin! Budur, stil görünmənin praktik yolları... Stil meydana gətirmək, modaya uyğun geyinmək və gündən günə dəyişən tərzləri izləmək günümüz şərtlərində çətin ola bilir. Xüsusilə yeni mövsümlə birlikdə yüksələn qiymətlər çoxumuzu qorxudur. Ancaq stil görünmək üçün sərvət xərcləməyə ehtiyac yoxdur.

Büdcənizi sarsıtmadan yaxşı görünmək istəyirsinizsə, budur modada ağıllı olmağın praktik yolları...

Necə görünmək istəyirsiniz?

Əvvəlcə necə görünmək istədiyinizə qərar verin. Stilinizi, həyat formanızı və bədən ölçülərinizi göz qarşısında saxlanın. Yaşınıza görə seçkilər edin.

Klassikmi? İdmanmı? Romantikmi? Paltar tərziniz hansı? Unutmayın, əhəmiyyətli olan hər vaxt özünüz kimi olmanız və geydiyiniz hər paltarda özünüzü etibarlı və rahat hiss etmənizdir.

Modanın əsiri olmayın!

Moda və trendlərin mövsümlük tələlərinə düşməyin. Trendlərdən  ilhamlanaraq stilinizi klassik və sərmayəlik parçalar üzərinə tikin.

Modanı ağıllı istifadə edin 

 

Modaya və trendlərə nəzər salın

Stil görünmənin şərtlərindən bir dənəsi modaya ayaq uydura bilməkdən keçir. Bunun üçün özünüzə stil məsləhətçisi tapmanıza əlbəttə ehtiyac yoxdur. Bunun ən ucuz yolu moda jurnalları və internet.

Sizə yaraşacağını düşündüyünüz stilləri bir kənara qeyd edin və ona görə alver rotanızı təyin edin.

Qardrobunuzu kəşf edin

Çox köhnələn, cırılan parçalara vida edin, ancaq dəbdən düşdü deyə zamanında aldığınız paltarları atmayın. Çünki bunlar təkrar moda ola bilər, unutmayın.

Kənarda qalmış parçaları gözünüzün önünə çıxarın.

Qardrobunuzun ətək, pencək, şalvar jean kimi təməl daşlarını yeni aldığınız parçalarla kombinə edin.

Vaxtsız parçalara sərmayə qoyun

Vaxtsız parçalar, ağıllıca edilən sərmayələr sizi illərcə idarə edə bilər. Alver edərkən aldığınız parçaları illər sonra da istifadə edib istifadə edə bilməyəcəyinizi düşünün. Buna görə çox alver etmək yerinə, pulunuzu yığıb az amma saz alver etməyə diqqət edin.

Vitrinlərə nəzər salın

Alver etmədən əvvəl vitrinlərə bir nəzər salın, araşdırın. Fərqli alternativlər görmək alverə çıxmadan əvvəl stil meydana gətirmənizdə çox köməkçi olar.

17 iyun 2011
GO BACK