Əziz Qadin.Netlilər, diqqət etdim ki, saç düzümünə dair xəbərlər sizlərin marağına səbəb olur. Odur ki, qeyri-adi və bir o qədər də dəbli saç düzümündən bəhs edim.
Son zamanlar qırmızı xalçaya çıxan məşhurların saç düzümü diqqətimi çəkdi.
Bir qədər araşdırdıqdan sonra bildim ki, saç düzümləri arasında son dəb "Həndəsi" detallardır.
Bəli, düz bildiniz. Şəkillərdən də göründüyü kimi ulduzların saç stili fərqlidir.
Sözün düzü yayın bu istisində bu saç düzümlərinə kimsə yox deməz.
Həm dəblidir, həm də sərin.
Saç ustalarının heç də bol zaman sərf edəcəyi saç düzümü kimi görünməsə də, əslində zəhmət və diqqət tələb edən saç düzümüdür.
Mən çox bəyəndim.
Hətta bu saç düzümündən etməyi düşündüm.
Sadə göründüyü qədər qəlizdir.
Bu da çox gözəldir.
İnanıram ki, siz də bəyəndiniz.