Qadin.NET / Vizual olaraq ayaqları necə gözəl göstərək?

Vizual olaraq ayaqları necə gözəl göstərək?

Səliqəsiz ayaqlar, kök baldır, əyri bud...  bunlar azmış kimi bir də ayaq ölçüsü və uzunluğu da biz xanımlara əlavə problem oldu. Hamımız istəyirik ki, ayaqlarımız daha cazibədar və gözəl görünsünlər. Bəs yaxşı bunu necə etməli, necə bacarmalı? Cavab üçün xəbərimi diqqətlə oxuyun.

 

Vizual olaraq ayaqları necə gözəl göstərək?

 

Ayaq ölçüsü

Bir çox xanımların ortaq dərdi olan ayaq uzunluğuna çarə vardır. Ayaq ölçüsünün olduğundan gödək görünməyini istəyirsinizsə, burnu dairəvi olan və pəncə hissədən daha tünd rəngə çalan ayaqqabı seçin. Məsələn şəkildəki kimi. 

 

Vizual olaraq ayaqları necə gözəl göstərək?

 

Uzunsov ayaq

Ayaqlarınızın daha uzun görünməsini istəyirsinizsə, ayaqqabınızın rəngini dərinizin rəngində seçin. Nə qədər hündür daban olarsa və ətəyiniz nə qədər gödək olarsa, ayaqlarınız bir o qədər uzun görünər. Ən vacib məqam- geyinəcəyiniz corab(kapron)ayaqqabı rəngi ilə eyni olmalıdır.

 

Vizual olaraq ayaqları necə gözəl göstərək?

 

Qalın pəncəli ayaq

Bəzən ən incəbel xanımın belə ətli pəncəsi ola bilər. Üzəri kəmərli olan hundur dabanlı ayaqqabı sayəsində pəncənizi daha zərif və incə göstərə bilərsiniz. Aqlarınızın ümumi uzunluğu gödək görünməsin deyə ayaqqabı rəngini corabınızdan və ya ət rənginizdən daha tünd seçin.

 

Vizual olaraq ayaqları necə gözəl göstərək?

 

Kök ayaqlar

"Klyoş" şalvar sayəsində kök baldırlarınızı gizlədə bilərsiniz. Daha incə və zərif ayaq təəssüratı bəxş edərsiniz. Lakin burada vacib məqam var- alçaq boylu xanımlara belə şalvar məsləhət deyil. 

 

Vizual olaraq ayaqları necə gözəl göstərək?

 

Kök budlar

Əgər sizin yanlarınız Jennifer Lopesin yanları kimi cazibədardırsa, qoyun bu cazibə qısqananları çatlatsın. Yox əgər bu gözəlliyinizdən utanırsınıza, diqqət çəkməsini istəmirsinizsə, sizə "Plisse" ətəkləri məsləhət görərdim. Bu ətək sayəsində budunuz bir neçə sm kiçik görünəcək.

9 iyun 2016
GO BACK