49 yaşlı gözəl aktrisa Salma Xayek L'Officiel dərgisi üçün fotosessiya zamanı gül çiçək içərisində əsl bahar-yaz əhvalı bəxş edir.
Bu şəkillər uzaqdan uzağa ətir, təravət bəxş edir. Salmanın hələ də gənc qalması bu şəkillərdən bir daha aydın olur. Əsl qadınlıq və ecazkarlıq nümayiş etdirir.
Heç aktrisaya bu günlərdə tamam olacaq 50 yaşı verirsinizmi? Məncə siz də ən az mənim qədər 50 yaşı yaraşdırmadınız. Şəkillərə baxanda bir anlıq 25-30 yaşlı xanımın şəkillərinə baxdığımı zənn edirəm.
Öz tərzi və cazibəsi ilə seçilən Salma Xayek bir çox sevənlərinin "kumiri"dir. 49 yaşda bu incəlikdə belə sahib az xanım var.
Filmləri ilə qəlbləri fəth edən aktrisa, artıq yaşına meydan oxuyan, gəncliyini, təravətini qoruyan gözəl xanımdır.