Əslində 70-ci illərdən bəri elə də çox zaman keçməyib. Lakin dəyişən çox şey olub. Elm, texnologoya, cəmiyyət çox dəyişilib.
Bununla bərabər moda aləmində də dəyişiklik gözə çarpacaq qədərdir. O dövrlərdə ətək və şalvarlarda daha çox genişliyə və sərbəstliyə üstünlük verilib.
Geyimlər daha yüngül parçalardan tikilirdi.
Buna misal olaraq ətəyi geniş şalvarları, ətəkləri yada salaq. O dövrlərdə kişilər də eyni ilə ətəyi geniş şalvarlara üstünlük verirdilər.
Geyimlərdə rəngarənglik üstünlük təşkil edirdi. Ətəklərin mini, midi və ya maksi olmasına baxmayaraq dizayn öz yerində qalırdı. Ətəyi geniş geyimlər hər zaman dəb idi. Bluzlar və jaketlər də klassik üslubda seçilirdi.
Kostyumlarda bantlardan istifadə olunurdu ki, bu da geyimə xüsusi eleqantlıq bəxş edirdi.
70-ci illərdə toxunma jaket.
Bunlar isə toxunma donlardır.
70-ci illərdə kobud dabanlı, platforma ayaqqabılar daha geniş yayılmışdı. Bunu əsasən şalvarların ətəyinin geniş olması ilə əlaqələndirilər.
Bu ayaqqabılar ətəyi geniş şalvarlarla daha cazibədar görünür. 70-ci illərdə saçlar təbii və dalğalı formada dəb idi. Əsasən kəkilli saç düzümləri üstünlük təşkil edirdi.
Hər iki tərəfdən tökülmüş dalğalı və ya düz saçlar daha cazibədar hesab olunurdu.
Onu da qeyd edin ki, hal-hazırda da eyni saç düzümləri dəbdədir. İndi isə keçək aksessuarlara.
70-ci illərdə xanımlar daha çox iri şlyapalar və beretlərdən, klassik papaqlardan istifadə edirdilər.
Bu cür iri şlayapalar xanımları daha cazibədar göstərirdi.
Mənim isə bu papaq daha çox xoşuma gəldi.
Çantalara gəldikdə isə irili xırdalı çantalar istifadə olunurdu.
Çantalar daha çox zamşa və dəri materiallardan hazırlanırdı. Toxunma çantalar da dəb idi.