Qadin.NET / Yaz-yay saç rəngləri - 2011

Yaz-yay saç rəngləri - 2011


Yaz-yay saç rəngləri - 2011

Saçınızdan sıxıldınızsa və saçlarınızın rəngini dəyişdirmək istəyirsinizsə, 2011 yaz-yay saç rəngi trendlərinə nəzər salmalısınız. 

Əsmərlər 

Əsmərlər üçün Jennifer Lopezin saçları kimi araya bal tonlarında kölgə edilmiş şabalıdı və qəhvəyi tonlardakı saç rəngləri dəbdədir. Bu saç rəngi üzə işıltı verərək, dəri tonunu parlaq və canlı göstərir. 

Yaz ayları üçün bu rəng mükəmməl seçimdir. Əsmər qadınlarda diqqətəçarpan sərt görünüşü yumşaldır, təzə və parlaq imic yaradır. 

Kürənlər  

Kürən saçlar baharda Emma Stone’nun  saç rəngindən ilham alır: canlı və çox güclü. 

Bir az tünd qırmızıya çalan qırmızı tonlar yeni mövsümdə daha güclü və xarakteristik saçlar kimi qarşımıza çıxacaq. 

Sarışınlar 

Sarışınlar bahar və yay aylarında daha təbii bir görünüşə qovuşurlar. Eynilə Drew Barrymore kimi! 

Dibləri uzun buraxılaraq, qəhvəyi rənglə boyanan və ucları öz rəngində saxlanan saçlar dəbdə olacaq. 

Qumrallar 

Qumralsınızsa, saçlarınıza Anne Hathaway kimi diqqətəçarpan sarı kölgələr etdirə bilərsiniz. 

Saçlarınızın arasına, incə və dibdən atdıracağınız sarı kölgələr onlara təbii bir parlaqlıq verərək, yumşaq və təbii saç rənginə sahib olmanızı təmin edəcək.

25 may 2011
GO BACK