Qadin.NET / 2015-ci ilin aksessuarları

2015-ci ilin aksessuarları

Əziz xanimlar, 2015-ci il ən gözəl və bəlkə də bir də təkrarı ola bilməyəcək bir ildir. Təbii ki, dəb üçün. Hər bir xanımın arzusu gözəl geyinib gözəl görünməkdir. El içində də belə bir söz vardır ki, gözəlliyin doqquzu dondur. Gözəl görünmək üçün çox da baha olmayan, bir dəfə istifadə edib sonra qırağa qoyulmayan və ya itirilməyən, çox miqdarda və ya çoxlu daş-qaşlı bujeteriyalardan istifadə etmək lazım deyil. Bu həm sizi çox yoracaq, həm də sizə baxanların gözünü yoracaq. Sizin üçün müəyyən qədər ideya verə biləcəyini nəzərə alaraq tapdıqlarımı sizinlə paylaşıram. Buyurun, baxın və fikirlərinzi də bildirməyi unutmayın.

Gördüyünüz bu qol saatı bir az gənc xanımlar üçün daha uyğundur.

2015-ci ilin aksessuarları

Dəniz ulduzu. Bu sırğa modeli qulaqda daha incə və zərif durur.

2015-ci ilin aksessuarları

Mənim bu boyunbağıdan çox xoşum gəldi. 

2015-ci ilin aksessuarları

Belə sırğa modellərini xoşlayanlar var. Məncə, istifadə etdiyimiz əşyalar bizim haqqımızda müəyyən qədər məlumat verir.

2015-ci ilin aksessuarları
Bu boyunbağı, doğurdan da, çox gözəldir.
2015-ci ilin aksessuarları

Yaqin ki, çox az adam üzüklərin mənasını bilmir. Əslində taxdığımız üzüklər qadının xüsusiyyətindən çox şey deyə bilər. Buna görə də  üzük alarkən və taxarkən fikirləşin, sonra alın. Üzüyün üzərində çoxlu qaşların, naxışların olmasına və üzüyün incə və ya qalın olmasına fikir verin. Məsələn, brilliant qaşlı üzüklərə üstünlük verən xanımlar ünsiyyətcil, təmtəraq və rahatlığı sevirlər. 

2015-ci ilin aksessuarları
Ümumiyyətlə,brilliant xoşlayan qızlar çox həssas və cazibədar olurlar.
2015-ci ilin aksessuarları

İki rəngli üzüklər yəni sarı və ağ qızıldan hazırlanmış üzükləri, adətən, zahiri görünüşünə həddindən artıq çox fikir verən qadınlar seçirlər. Belələri ətrafdakıların diqqətini cəlb etməyi, bəzənməyi və əylənməyi xoşlayırlar. Onlar çox həssas və incə qəlbli olurlar.

2015-ci ilin aksessuarları

Sırğaların, həqiqətən də, obrazı bəzmək üçün üz formasına uyğun olmalıdır. Yəni taxdığınız sırğa sizin üz quruluşunuzla uyğunlaşmalıdır. Sırğa alarkən onun təkcə rənginə və formasına deyil, həm də sitilinə diqqət etmək lazımdır. Məsələn, oval üz formasına malik olan xanımlara hər növ sırğa modelləri yarşdığı üçün ən unversal üz foması sayılır. 

2015-ci ilin aksessuarları

                                                Sadə geyinməklə belə qaşlı saat modellərinə də üstünlük verə bilərsiniz.

2015-ci ilin aksessuarları

Ümüd edirəm ki, təqdim etdiyim modelləri bəyəndiniz.

14 mart 2015
GO BACK