Qadin.NET / Daraqları tanıyaq

Daraqları tanıyaq

Satışda müxtəlif formalı daraqlara rast gəlirik, uyğun oldu-olmadı, onu alırıq. Hal-hazırda əlimizdə istifadə etdiyimiz daraq saçlarımız üçün uyğun tipdirmi?

Bəs düzdün tipli darağı necə seçək?

Masaj edən şotka

Bu daha geniş yayılmış daraq növüdür. Darağın uclarında qalınlaşmalar mövcuddur. Bu baş dərisini masaj etmək üçün nəzərdə tutulub. Masaj qan dövriyyəsini yaxşılaşdırır, bu da öz növbəsində saç uzanmasını sürətləndirir. Əgər saçlarınınz yağlıdırsa, sizə masajlı daraqlar uyğun deyil. Məlum olduğu kimi edilmiş masaj hərəkətləri yağ ifrazını da sürətləndirir.

Daraqları tanıyaq

Brashing

Dəyirmi formada olan daraqdır, üzərində cod tüklər müəyyən quruluşda düzülmüşdür. Bu tip daraq hər fenlə istifadə üçün idealdır. Cod tuklər arasına keçən saçlar möhkəm istilənməkdən də qorunur. Daraq metal və təbii tuklərlə təchiz olunur. Əgər qıvrım saçların açılmasının istəyirsinizsə, bu zaman təbii materialdan hazırlananlara üstünlük verməlisiniz. Əsas funksiyasından əlavə o saçlara parıltı da verir. Saçlara forma vermək üçün isə metal olanlardan istifadə olunmalıdır.

Daraqları tanıyaq

Tangle Teezer

Bu darağı çoxları  gözəllik möcüzəsi adlandırır. Tange Teezer tamamilə bütün növ saçlar üçün uyğundur. Daraqda olan müxtəlif ölçülü "dişciklər" ən çətin dolaşıqları belə rahatlıqla, saçı zədələmədən açır. Saçı elektrikləşdırmir və saçqıran yaratatmır. Bu darağın da bir neçə növü mövcuddur. Salon Elite Teezer Original ev şəraitində istifadə üçün idealdır, Compact Styler-çantaya qoymaq üçün qapaqlı variant, Aqua Splash yaş saçları daramaq üçün nəzərdə tutulub.

Salon Elite Teezer

Daraqları tanıyaq

Compact Styler

Daraqları tanıyaq

Aqua Shlash

Daraqları tanıyaq

Klassik daraq

Klassik darağı seçən zaman gərək dəqiqləşdirəsən ki, sənə daha çox hansı lazımdır, təbii yoxsa süni. Təbii olan saçlara parıltı verir, saçları ipək kimi edir. Həm də sünidən fərqli olaraq saçları elektrikləndirmir, həm də təbii materialdan hazırlanmış darağı 6 aydan bir dəyişmək lazımdır. Tez-tez dolaşan, buruq və dalğalı saçları olanlara təbii materiallı daraqldardan istifadə məsləhət görülmür. Əgər daraq saçda ilişərsə, onu praktiki olaraq ayırmaq mümkün olmayacaq və bu halda  mütləq saç kəsilməlidir.

Daraqları tanıyaq

Şana daraq

Bu cür daraqlar taxta, plastik, rezin və metallik olar. İncə və düz saçlara taxta daraqlardan istifadə etməlidirlər, süni materialdan istifadə edirsinizsə, rezin və kauçuk olanını seçin. Xüsusilə, saç yaş olandan onlardan istifadə etmək əlverişlidir. Onlar saçın sstrukturunu zədələmədən səliqəli darayırlar. Süni materialdan hazırlnmış daraqların istifadə müddəti yoxdur. Lakin onları şampunla həftədə bir dəfə yumaq lazımdır.

Daraqları tanıyaq
20 yanvar 2015
GO BACK