Fransız kompaniyası olan İnessa M. bu dəfə bəzək elementlərini nağıl qəhrəmanları formasında təqdim edib. Kolleksiyanın əsasını rus nağıllarının personajları təşkil edir. Hər biri Svarovski qaşları və təbii mirvarilərlə işlənmiş olan broşlar ecazkar görünüşü ilə görənləri heyran qoyur.
Sancaqlarda nağıl qəhrəmanlarının müxtəlifliyi-qar dənəciyi, kirpi, pişik, bayquş, qu-quşu, iynəcik və s. görənlərin təəcübünə səbəb olur.
Bu sancaqları İnesse M. dizaynerləri qızıl, gümüş və rodium zərgərlik metalları üzərində əllə işləmişlər. Bəzəklər rəngli Svarovski daşları və çay mirvarisi ilə dekorasiya olunmuşlar.
Unikallığı ondadır ki, hər bir Svarovski kristalı metal üzərinə əllə düzülüb.
Şəbəkə formasında olan İnessa M. sancaqları həm gündəlik geyimlərdə, həm də romantik görüşlərdə dəbli və kübar görüntü bəxş edəcək.
İndi sancaqlar təkcə yaxaya taxılmır, həm də saça, çantaya bəzək elementi kimi vurulur, şərf, papaq hətta corabları da bəzəyir.
İnessa M. kompaniyasının bütün məhsulları sertifikatlanıb və hər bir alıcıya zəmanət talonu ilə birgə təqdim olunur.