Qadin.NET / Dünyanın ən bahalı ayaqqabısı

Dünyanın ən bahalı ayaqqabısı

 

 

Qızıl və Brilliyantdan hazırlanan və 100,000 sterlinq (150 min 215 dollar) dəyərində olan ayaqqabılar İngiltərədə satışa təqdim edildi. 
Əl istehsalı və dünyanın ən bahalı ayaqqabısı olma xüsusiyyətini daşıyan bu dizaynın adının 'Eternal Diamond stilettos' olmasının səbəbi, əlbəttə, minlərlə brilliyant ilə örtülü olmasıdır...
Əvvəlcə zərgər bir qrupun əllərində formalaşan qızıl ayaqqabıların üzərinə daha sonra 2200 almaz işlənir və bütün bu əməliyyat hər bir təki üçün təxminən 100 saat davam edir. İndiyə qədər 5 cüt alıcı tapmış, ancaq adlar qətiyyən açıqlanmır. Dedi-qodulara görə isə Victoria Beckham, Paris Hilton və Cheryl Colenin da olmazsa olmaz siyahısına girməyi bacarmışdır.

 

Dizaynı Kristofer Michael Shellis tərəfindən edilən və Birmingham, İngiltərədəki Jewellery Quarter tərəfindən çıxarılan ayaqqabılar, The House of Borgezie tərəfindən satılır."Ayaqqabılar qadınların qətiliklə qarşı çıxa bilmədikləriı şeylər və mən də zərgərlik və dizayn qabiliyyətlərimi həqiqətən cazibədar bir şəkildə ortaya qoymaq istədim" deyir Shellis və əlavə edir ki "Bu ayaqqabılar ikonik, zərif və feminen ifadənin qüvvətli bir şəklidir. Gələn reaksiyalar də inanılmaz oldu; görən insanlar dayanır və seyr etməkdən özlərini ala bilmir. " Göz qamaşdıran bu yüksək dabanlı ayaqqabılar 1000 illik zəmanət ilə təslim edilirlər.

14 mart 2011
GO BACK