Qadin.NET / Moda 2015-Çəkmələr

Moda 2015-Çəkmələr

Son dövrlərdə model və dizaynerlərin son dərəcə bir-birindən gözəl ayaqqabı modelləri podiyumlarda təqdim olunur. Bəzilərimizi bu çoxluq çaşdırır, axı məhz hansı modellər və rənglər bu il dəbli hesab olunur? Siz də dəblə ayaqlaşmaq istəyirsinizsə, təqdim olunan modelləri izləyin. Müxtəlif brendlərdən seçilmiş bu ilin dəbli ayaqqabılarını sizlərlə paylaşmaq istəyirəm.

Laklanmış dəri çəkmələr

Laklanmış dəri öz aktuallığını heç vaxt itirmir. Ədər siz keçən mövsüm onu ikinci plana çəkmisinizsə, bu mövsümdən bir çox dizaynerlər onun populyarlığını yenidən bərpa etdilər. Louis Vuitton bu tip materiallı ayaqqabılara xüsusi maraq göstəridi, son kolleksiyasında o laklı modelləri sürünənlərin dərisi ilə imitasiya etdi.

Moda 2015-Çəkmələr

 

Moda 2015-Çəkmələr

Əlbəttə, bu cür çəkmələr xüsusi diqqət tələb edir,ən əsası öz obrazını yarada bilməkdir ki,nəticə vulqar olmasın. Buna görə də bir biri ilə ahəng təşkil edən kombinasiyaları seçmək lazımıdr, artıq parıltı yalnız uğursuzluq gətirə bilər.

Sərbəst tərz

Hər növ tərzlə uyğunlaşan çəkmələr 2015-ci ildə də aktual olacaq. Bu cür ayaqqabılara həm zövqlü həm də rahatlığı ilə seçilir. Au Jour Le Jour, Chanel, KTZ, Anna Sui kimi dizaynerlərin bu ili üçün təqdim etdikləri kolleksiyada da bu tip üstünlük təşkil edib. Sərbəst stil

özünə inanan və moda ilə maraqlanan hər bir xanımın maraq göstəricisidir.

Moda 2015-Çəkmələr

Au Jour Le Jour

Moda 2015-Çəkmələr

Chanel

Moda 2015-Çəkmələr

KTZ

Şəkilli çəkmələr

Bu il üçün dizaynerler xoş əhval ruhiyyə yaratmaq üçün şəkilli çəkmələrdən imtina etməməyi məsləhət bilirlər. Moda evləri də ən qəribə və qeyri-adi şəkilləri çəkmələrdə əks etdiriblər. Belə ki,  Max Mara öz kolleksiyasında ağ-qara leopard  şəklini, Anna Sui və Ann Demeulemeesyer biton dərisi təsvirini əks etdiriblər. Louis Vuitton və Anna Sui bununla yanaşı rənglərdən də istifadə edərək orjinal təsvirlər yaratmışlar, məsələn, ay və ulduz, bu elə qızlar üçün nəzərdə tutulub ki, onlar daha çox rənglərin harmoniyasından ibarət geyimlərə üstünlük verirlər və onlar üçün dizaynerlər inanılmaz romantik və zərif modellər işləyib hazırlamışlar. Bu cür çəkmələri MaxMara kolleksiyalarında görmək mümkündür.

Moda 2015-Çəkmələr

Rənglər harmoniyası

Çəkmələrin rənginin 2015-ci ildə necə olacağına gəldikdə demək olar ki, bu üçün təqdim olunan kolleksiyalarda rənglər daha işıltılı və dolğun olacaq. Əlbətdə ki, klassik qara və mövsümün seçilmişi ağ rəng üstünlük təşkil edəcək. Ann Louis Vuitton bu mövsüm üçün təqdim etdiyi modellərdə  rənarəngliyə üstünlük verib. Qəhvəyi rəng də öz aktuallığını itirməyib və Emilio Puccinin kolleksiyasında bu daha qabarıq üzə çıxır.

Moda 2015-Çəkmələr

Ann Demeulemeester

Moda 2015-Çəkmələr

KTZ

Max Mara

Moda 2015-Çəkmələr

 

Moda 2015-Çəkmələr

Emilio Pucci 

Moda 2015-Çəkmələr 
Versace
15 yanvar 2015
GO BACK