Qadin.NET / 2014-2015-ci il qış dəbi

2014-2015-ci il qış dəbi

2014-2015-ci il qış mövsümü rəngləriylə və yun, kürk detalları ilə isti keçəcək. Dövrü əsintilərin və vintaj ruhunun küçələrə əks olunacağı bir mövsümdə neon, metallika və işıltılı paltarlar günəş kimi parlayaraq günümüzə işıq saçacaq. Qadın dəbini yaxından təqib etmək istəyənlər üçün daha izahlı 2014-2015 qış trend hesabatı aşağıda göstərilib.

2014-2015-ci il qış dəbi

60-cı illərin dəbi

Qısa paltarlar, uzun çəkmələr, geniş yaxalar və Mary Jane ayaqqabılar bu il qadınları 60-cı illərin küçə dəbinə aparacaq.

2014-2015-ci il qış dəbi

Metallı və qızıllı

Qadınların qızılı rəngə olan sevgisi böyüyür! Gecə və gündüz istifadə edilə biləcək metal təsirli qızılı qiyafələr iddialı olmağı sevən xanımlar üçün hazırlanıb sanki.

2014-2015-ci il qış dəbi

Anorkalar

İsti bir qış bizi gözləyir. İçəri hissəsi lif və ya quş tükü olan anorkalar soyuq havalarda xanımların xilaskarı olacaq.

2014-2015-ci il qış dəbi

Əsgər yaşılı

Əsgər mövzusu hər mövsüm dizaynerlərin gözdəsidir. 2014-2015-ci il qış qadın dəbində yenə çox görəcəyimiz hərbi stilli paltarlar və əsgər yaşılı parçalar indidən qardirobunuzdakı yerlərini almalıdır deyə düşünürük. 

2014-2015-ci il qış dəbi

Güpür

Romatik güpür 2014-2015-ci il qış mövsümündə yenə məşhur olacaq. Qüsursuz görkəmi olan güpür qadınların göz bəbəyidir.    

2014-2015-ci il qış dəbi

Dəri

Son illərdəki yüksəlişinə davam edən dəri yeni mövsümdə də ən rəngli hallarıyla qarşımızda olacaq. Dəri ətək və pencəklərdən sonra dəri köynək və plaşlar da podiumlarda diqqət çəkir.

2014-2015-ci il qış dəbi

Ekose (damalı) 

Keçən qışın grunge təsiri daha soft halıyla podiumdaydı. Bu qış ekose naxışının isə pastel tonlarını və canlı rənglərini bir yerdə küçələrdə görəcəyik. 

2014-2015-ci il qış dəbi

Xizək şıqlığı

Soyuq qış günlərini xizək şıqlığında keçirəcəksiniz. Qar dənəli, paxlava dilimli qalın trikolar və papaqlar küçəyə geyinmək və ya qışda getdiyiniz tətillərdə də istifadə etmək üçün seçiminiz ola bilər.  

2014-2015-ci il qış dəbi

Kürk astar

Qoyun dərisiylə astarlanmış qalın kürklər bu qışın yüksələn trendleri arasında göstərilir. Bu montolarla dondurucu soyuqlarda belə üşüməyəcəksiniz.    

2014-2015-ci il qış dəbi

Quş tükü

2014-2015-ci il qış mövsümündə quş tükü detallar həm paltarlarda, həm də aksesuarlarda olduqca çox qarşımıza çıxacaq.    

2014-2015-ci il qış dəbi

Kürk

Yenə qışın imtina edilməz parçalarından olan kürklər küçə dəbindəki yerini alacaq. Canlı rəngli və blok naxışlı kürklər də diqqətçəkici görünmək istəyən xanımların seçimi ola bilər.   

2014-2015-ci il qış dəbi

Leopar

Vəhşi təbiət yenə küçələrdə olacaq. Leopar naxışı əsla dəbdən düşməyəcək naxışlar arasındakı yerini çoxdan alıb. Yeni mövsümdə də hər detalda və parçada leopar naxışını görmək mümkün olacaq.    

2014-2015-ci il qış dəbi

Neon rənglər

Neon rənglər qışın soyuq havasında içimizi isidəcək və bütün gözləri üzərimizə çəkəcək.    

2014-2015-ci il qış dəbi

Pançolar

Ədyal görünüşlü pançolar soyuq günlər üçün idealdır. Üstəlik etnik naxışları və həndəsi şəkilləri ilə geyimlərinizə hərəkət qatacaqlar.    

2014-2015-ci il qış dəbi

Pastel rənglər

Pastel tonlar ilə qışın sərt və dondurucu havasını yumşaltmaq zamanıdır. Bu qış çəhrayı, mavi və sarı rənglərin ən pastel tonları qardirobunuzu bəzəyəcək.

2014-2015-ci il qış dəbi

İdman üslubu

Yüksələn trend idman üslubu 2014-2015-ci il qış sezonunda da öz aktuallığını davam etdirəcək.

2014-2015-ci il qış dəbi

Transparan

Transparan detallar yeni mövsümdə soyuğun təsir etmədiyi xanımların favoriti olacaq. 

2014-2015-ci il qış dəbi

Uzun paltolar

Oversized paltolardan əlavə bu il bədənə yapışan və uzun paltolar dəbdə olacaq.

2014-2015-ci il qış dəbi

Vintaj naxışlar

Keçmiş dövr əsintilərinin olduğu bir mövsümdə vintaj naxışlar olmazsa, olmazdır. Analarınızın qardirobuna baxıb oradan xüsusilə vintaj naxışlı ipək paltarları gün üzünə çıxara bilərsiniz.    

2014-2015-ci il qış dəbi

Yun paltarlar

Tamamilə yun parçalardan ibarət olan paltarlar bu il çox məşhur olacaq. Bu qalın trikolarla həm üşüməyəcəksiniz, həm də dəbdən geridə qalmamış olacaqsınız.    

2014-2015-ci il qış dəbi

Heyvan motivləri

Nağıllar aləminin məşhur qəhrəmanları olan heyvanlar artıq yaşadıqları meşələri qoyub xanımların paltarlarını bəzəyəcək. 

13 dekabr 2014
GO BACK