Qadin.NET / 2011-ci ilin saç rəngi

2011-ci ilin saç rəngi

2011-ci ilin saç rəngi 

Sarı tonları 

Sarışınlıq, 2011in ən məşhur görünüşlərindən biridir. Bu il çox müxtəlif sarı tonları var və hansını seçsəniz hamısı modaya uyğundur. Platin, qızıl sarısı, vanil, bal sarısı karamel sarısı, çiyələk sarısı .... Açıq və buğdayı dərili qadınlar üçün bu rənglər mükəmməl seçim olar. Xüsusilə sarı saçlarda saç ucları çox asan incəlib qırıldığından saç rənginizə uyğun rəng qoruyucu məhsullardan mütləq istifadə edin. Saçlarınız sağlam olduğu zaman çox daha gözəl görünəcək. Saçlarınız sarıdırsa  onlara çox yaxşı baxmalısınız! 

2011-ci ilin saç rəngi

  

Qəhvə tonları

Ümumiyyətlə hər bədən rənginə yaraşıdığıi üçün qəhvəyi rəng qadınlar arasında olduqca seçilən bir saç rəngidir. Rəngin tünd şokoladdan karamel qəhvəsinə qədər çox geniş bir rəng şkalası var. Şəkər qəhvəsi (Toffee) və karamel qəhvəsi bu geniş şəkildə ən bəyənilən qəhvə tonlarıdır. Saçlarınız uzundursa, bu rənglərdən birini seçmıyinizi təklif edirik. Əgər uzun saçlarınıza keflə baxmaq istəyirsinizsə, rəng qoruyucu şampun, ya da qəhvəyi saçlar üçün xüsusi olaraq hazırlanmış parlaqlıq verən vasitələrdən istifadə edə bilərsiniz. 

2011-ci ilin saç rəngi

Qara

2011-ci ildə xüsusilə açıq bir dəri tonuna və mavi gözlərə sahib olan qadınlar üçün parlaq qara  görünüşlərində möcüzələr yarada bilər.Saç və dəri tonu arasındakı kontrast, gözləri ortaya çıxarar və onları ovsunlayıcı göstərir.

Qırmızı tonları

Günahsız və məsum bir görünüş axtarırsınızsa qırmızı tonları  çox ideal bir seçki olar. Xüsusilə çilli qadınlar qırmızı saçlar üçün yaradılmışdır belə demık olar! Əgər daha təbii və ya dramatik bir görünüş istəyirsinizsə, güclü bir qırmızı-narıncı saç rəngi istifadə edə  bilərsiniz. Qırmızı tonları, sizi daha əyləncəli, azad ruhlu və şən göstərir.

28 fevral 2011
GO BACK