Qısa gödəkçələr və dəridən hazırlanmış şalvar bu ilin dəbi hesab oluna bilər.
Dəridən hazırlanmış geyimlər bu il də öz aktuallığını qoruyur.
Çox dəbli görünür.
Burada modelyer maraqlı rəng uyğunluğu yaradıb.
Fikir verdinizsə, bu il altı qalın ayaqqabılar dəbdə olacaq.
Mavi kostyum dəbli görünür.
Çox maraqlı dizayn və rəng ahəngi.
Bu paltonun gözəl rəngi var.
Burada rəng uyğunluğu maraqlı seçilib.
Gucci firması xanımları düşündüyü qədər kişiləri də düşünür.
Kişilər üçün də bir-birindən maraqlı və keyfiyyətli geyim və aksessuarlar təqdim edir.
Ən əsası odur ki, bu firmanın təqdim etdiyi brendlər çox rahat olur.
Gucci bir brend kimi bütün dünyada məşhurdur.
Bu brend həmişə tünd rənglərə üstünlük verən kişilərin də rəngarəng geyinə biləcəyini bu kolleksiya ilə sübut etməyə çalışır.
Bu kolleksiyadan bunu da görmək olur ki, bu il daha çox dar şalvarlar dəbdə olacaq.
Bir neçə geyim dəsti daha.
Bir çox bəylərin bəyənəcəyi geyim dəsti.
Bəs bunu necə, xanımlar, bəyəndinizmi?
Bu il bəylərimiz də rəngarəng geyinəcək, deyəsən.
Xanımlar, həyat yoldaşlarımızı da dəbli geyimlərlə geyindirmək bizə düşür.
Onları da brend firmaların yeni kolleksiyaları ilə tanış edək.
Həyat yoldaşlarımız çox zaman bizim zövqümüzə inanır, istəyimizlə geyinirlər.
Bəs bu palto necədir?
Bu kostyumu çox bəyəndim. Ümid edirəm ki, geyimlər ürəyinizcə oldu.