Otuz yaşda hələ də inanmaq olmur ki, nə vaxtsa nənə olarsan. Belə bir hal insana praktik olaraq real gəlmir. Belə ki, "maqik yaş"-ı qeyd etdikdən sonra hiss edirsən ki, qəlbin zəif olsa belə, hələ də günəş parıldayır. Amma "40 yaşdan sonra necə geyinim?" sualını beyninə heç gətirmək istəmirsən! Buna baxmayaraq öz yaş dövrünə xas dəyişikliyi də görə bilirsən.
Ondan başlayaq ki, hər qırx yaşlılar da bir-birinə bənzəmirlər. Onlar həm fərqli görünürlər, həm də özlərini fərqli hiss edirlər. Ona görə də hər kəsə eyni cür yanaşmaq olmaz. Bu zaman yaşın artmasını çoxları özlərinə problem etsə də, çox yanılırlar. Məhz bu yaş dövründən sonra qadının gerçək təbiəti üzə çıxır. Məhz bu yaşdan sonra siz öz obrazınızı tamamlamaqda kiminsə rəyini nəzərə almaya bilərsiniz. 40 yaşınızda necə görünməyiniz sizin özünüzdən asılıdır.
40 yaşda da siz öz geyiminizlə ətrafdakılara "Mən hələ də baxımlıyam, gözəl geyinməyi bacarıram." siqnalını verə bilərsiniz, amma düzgün geyim tərzi seçməklə!
Bu təqdim olunan şəkillərə diqqətlə baxın və sizin necə geyinəcəyiniz barədə düşünün. İkinci geyimi seçmisinizsə, bilin ki, səhv etmisiniz! Çünki belə geyimləri, adətən, gənclər geyinir və sizin bu tərzdə geyinməyiniz düzgün hesab edilmir. Geyimlərinizdə rəng seçimi vacibdir, neon rəngli geyimlər sizə uyğun deyil. Belə tonlardan uzaq durun.
Qırx yaşı keçən qadınlara dəri, göz və saçların rənginə uyğunlaşan daha isti tonlar uyğun gəlir.
Tünd rəng ən yaxşı variant deyil: onlar sizi daha yaşlı göstərə bilər. Əgər siz qara rəngli geyim seçmisinizsə, onu bej, ağ və digər açıq rənglərlə tamamlayın.
"Açıq tonlar kök göstərir." deyən rəfiqələrinizə qulaq asmayın, əksinə bu çox gözəl seçimdir! Uzununa zolaqlı don və köynəklər sizi "daraldacaq", eninə zolaqlar isə "daha dolu" göstərəcək.
Aksesuarları da unutmaq lazım deyil.
Eleqant yaylıq, mirvari və orginal daşlı broşlar sizə təkcə dolğun obraz verməyəcək, həm də sizin tərzinizə yenilik gətirəcək!
Müasir dəb indi çox demokratikdir. İndiki zamanda çanta və ayaqqabıda rəng seçimi azaddır.
Bu əşyaların rəngi geyimlə azca uyğunluq təşkil etsə, kifayət edir. Laklı və işıqlı çantalar istisnadır.
40 yaşdan sonra artıq dəri və süetə keçmək tövsiyə olunur.
Ayaqqabı seçimində hündürdabanlılardan imtina etməyin. Əgər sizin ayaq ölçüləriniz böyükdürsə, o zaman ucu yumru olanlardan istifadə edin.
Alçaq boylu xanımların ayaqqabısının dabanın 8 sm olması kifayət edir.
Dekorativ kosmetika hər yaş dövründə qadını baxımlı və gözəl göstərir. Təbii ki, 40 yaşlı xanımın da makiyajı qaydasında olmalıdır. Bu yaş dövründə qırmızı, çəhrayı və al-əlvan dodaq boyasında istifadə etmək məsləhət görülmür. Daha mat və neytral tonlara üstünlük verin. Ənlik üzü təravətli göstərir, ondan demək olar ki, bütün xanımlar istifadə edir. 40 yaşlı xanımların makiyajında çəhrayı ənlik yolverilməzdir. Yüngül tonlar daha eleqant görünür. Bu sadalananlar kirşan və ton kreminə də aid edilir.
Ten gözlərə xüsüsi görkəm bəxş edir, belə ki, tünd parlaq rənglər (göy və yaşıl) istisnadır. Yaxşı olar ki, göz rənginə uyğun ten seçilsin-boz, açıq-qəhvəyi, solğun mavi rənglər daha gözəl təsir bağışlayır. Çünki belə rənglər universaldır və hər göz rənginə uyğun gəlir.
Rəngli tuş və parlaq göz qələmlərindən imtina edin. Xarici görünüşdə cəsarətli eksprimetlər etmək sizə görə keçmişdə qaldı. Göz qələmi və tuşu boz və qəhvəyi tonlarda istifadə edin. Qaradan yaxşı olar ki, imtina edəsiniz-bu rəng sizi yaşlı göstərəcək. Bir qayda daha var: ancaq üst göz qapağını rəngləyin, yoxsa üzünüz süni görsənəcək.
40 yaşdan yuxarı xanımlara ancaq tanınmış firmaların sınaqdan keçmiş kosmetikalarından istifadə məsləhət görülür: ucuz kosmetika cibə uyğun olsa belə, sizin üz qüsurlarınızı gizlədə bilməyəcək, əksinə onları daha da vurğulayaraq "maska effekti" verəcək.