Şərab qırmızısı bu il üçün ən məşhur rəngdir. Dünya podyumlarında nümayiş olunan bütün kolleksiyalarda eleqant və aristokrat geyimlərin əksəriyyəti bu rəng tonlarında seçilmişlər. Bu il üçün təqdim olunan trendlər içində ən maraqlı şərab tonlu geyim və aksesuarlarını sizlərə təqdim etmək istəyirəm.
Ala Russo
Versace, Carven, Dolce Gabbana, Etro, Stella McCartney, Donna Karan, Nina Ricci və bir çox başqa marka dizaynerləri stil və obrazı bu rəng üzərində tamamlamışlar. Güpürlü cəlbedici donlar, payızın dekorasiyası sayılan dəri işləməli gödəkçələr, zəncirbədli sviterlər, müxtəlif bəzək əşyaları və ayaqqabıların hər biri şərab qırmızısı ilə cəlbedici görkəmdə təqdim olunmuşlar.
Palto və gödəkçələrin altından sizi payızın sərinindən və qışın şaxtasından qoruyan boğazlı gödəkçələri Nina Ricci, Stella McCartney təqdim edir.
Dizaynerlərin bu ilki kolleksiyasında çiyinlərində və dirsəklərində işləmələri və dəri əlavələri olan toxunma modellər daha çox maraq doğuranlardandır.
Nina Ricci
Stella McCartney
Ətək və şalvar da payızın ən dəbli rəngində tikilib. Həm cins, həm də parça şalvarlar müxtəlif bəzək elementləri ilə bəzədilib. Kiçik toxunma ətəklər isə eleqantlığı ilə göz oxşayır. Milan və Nyu Yorkda təşkil olunan moda həftələrində də ofis kostyumlarında qırmızı rəngin müxtəlif tonları və o cümlədən şərab rənginin üstünlüyü nəzərə çarpır.
Cins şalvar Lee, ətək Asos, parça şalvar Hoss İntropia markasına məxsusdur.
Çantalarda da bu mövsümün rənglərini görə bilərsiniz. Çantaların stili o qədər fərqli və müxtəlifdir ki, burAdan hər kəs öz zövqü üçün nə isə seçə bilər.
Zara, Sophie Hulme, Malletier
Make-uplarda da qırmızı rəngin tonları ele seçilmişdir ki, həm kürənlər, həm də qaraşınlar bu rənglərdən istifədə edə bilərlər.
Lancome Rouge in Love Fierry Attitude çalarında, Dolce&Gabbana Dahlia çalarında, Bobbi Brown Crimson çalarında.
Bu ilin ən dəbli rəngi ilə siz də gözəlliyinizə gözəllik qatın!