Qadin.NET / Məşhur brendlərin uşaq kolleksiyası

Məşhur brendlərin uşaq kolleksiyası

Uşaq dəbi öz harmoniyasını daima saxlayır. Burada kortəbii trendlər, qarışıq parçalar və tez-tez dəyişən fasonlar yoxdur. Bununla belə bredlərin 2014-cü il üçün təqdim etdikləri uşaq kolleksiyasını araşdırmaq qərarına gəldim. Dizaynerlər uşaq kolleksiyasında ilk olaraq rahatlıq və funksionallığı nəzərə alsa da, gözəlliyi də yaddan çıxarmayıblar. Məşhur moda evləri olan Dolce&Gabbana, Kenza və Jean Paul Gaultier və onların bu il üçün uşaq geyimləri silsilələri böyüklərdə olduğu uğurları təkrar edir. Markanın naxışı, brendin rəngi və loqası eynilə saxlanılır. Azad uşaq markası I Pinco Pallino, Tartine&Chocolat və s. daha fəsillərə uyğun olaraq yüngül rəng, parça dəyişikliyi ediblər.

 

 

Məşhur brendlərin uşaq kolleksiyası

 

Əvvəlki mövsümlərdə olduğu kimi Dolce&Gabbana böyüklərin xəttini davam etdir. "Sirli meşə" mövzusuna uyğun olaraq iri gül basmalar, güpür və qırmızı rəng önə çıxarılıb. 

Dizaynerlər daha çox üst geyimlərinə fikir veriblər. Buraya yüngül montlar, damalı paltolar və sırınma gödəkçələr daxildir. Gündəlik geyimlərlə yanaşı xüsusi tədbirlər üçün də geyimlər nəzərdə tutulub. Qızlar üçün eleqant güpurlu donlar, oğlanlara  isə klassik pencəklər.

Paul Smithin yeni mövsüm kolleksiyasında təkcə kiçik oğlanlar üçün yox, həm də 8-16 yaş yeniyetmələr üçün də geyimlərə rast gəlmək mümkündür. Kolleksiyanın əsas bəzəyi həndəsi fiqurların təsvir olunduğu tünd jaketlər və bitki ornametləri olan bluzlardır. 
Üst geyimlərdə diqqəti əsasən güllü, çəhrayı gödəkcələr cəlb edir. Kolleksiyanın tanış ornamenti neon, çəhrayı zolaqlı qara boltlardır.
2014-cü il Ralph Laurenın uşaq kolleksiyasıda parıtılı rənglər görmək mümkün deyil. Kiçik modabazlar üçün kolleksiya xətti böyüklərdəki kimidir. Burada qəhvəyi rəngin ən açığından kofe rənginə kimi bütün çalarlarına rast gəlmək mümkündür. 
Modellərin çoxunu sakit tonlarda və klassik stilli tvid gödəkçələr, damalı sarafanlar, yun jaketlər təşkil edir. Həndəsi fiqularla bəzədilmiş trikotaj əşyalar-köynək, qolsuz gödəkcələr, don və ətəklər xüsusi diqqət çəkir. Bu cür geyimlər ən tələbkar müəllimləri belə razı sala bilər.
Marc Jacobsun uşaqlar üçün hazırladığı şəkilli futbolkalar möhtəşəm görünür.
2014cü ilin payız-qış kolleksiyasında xəz də əlavə elementdir.
Qızlar üçün sevimli qəhvəyi don daha çox marağa səbəb olub. 
Üst geyim kimi süni xəzdən yaxalığı və qolları olan paltolar uşaqları isti saxlamaqla yanaşı onlara şıq görkəm də bəxş edir.
 
Kreativ direktorlar Kenzo Kerol Lim və Umberto Leon bu ilin yeni uşaq kolleksiyasının əsas elemetləri olan pələng başlı şəkilli, göz təsviri gödəkçə və digər geyimlər "böyüklər"-in tərzini təkrar edir. 

 

Kolleksiyaya asimmetrik ətəklər və donlar, qarışıq rəngli və xəzli paltolar daxildir. Əsas diqqəti Tibet naxışlı bəzək əşyaları tutur.

Versace dizaynerləri bu ilin uşaq kolleksiyasında diqqəti damalara veriblər. 

 

Rəng qammaları olaraq sarı, qara və bənövşəyi tonlar üstünlük təşkil edir.

Bitki bəzəkləri və laklı yapışdırmalar qızlar üçün hazırlanmış kolleksiyanın əsas elemetləridir.

Oğlanların geyimlərini isə idman rəngləri-ağ, nanə rəngi və zərif çəhrayı bəzəyir.

6 sentyabr 2014
GO BACK