Qadin.NET / 10 addımda MODAnızı yaradın

10 addımda MODAnızı yaradın

10 addımda MODAnızı yaradın

10 addımda dəb,gözəllik və dekorasiya haqqında bilinən qaydaları yıxaraq,özünüzəməxsus modanızı yarada bilərsiniz.
1.Gözləri və dodaqları ön plana çıxarın,amma ikisini birdən deyil.
Tünd rəngli göz makiyajı ilə tünd rəngli dodaqlara diqqət edilməli,belə ki,eyni rəng kateqoriyası seçilməlidir.
2.Parıltılı mücəvhərlər sadəcə gecə istifadə olunur.
Bu qaydaya uymaq doğru deyildir.Parıltılı əşyalarınız niyə gündüz də parlamasınlar?Yalnız onları taxarkən geyiminizi
sadə seçin ki,diqqət parıltılı əşyalarınıza yönəlsin.
3.Qısa saç modelləri qıvrımsaçlılara yaraşmaz!
Saçlarınızı çox qısa qatlar halında kəsdirməyin,belə halda saçlar uçuşur və qabarıq görünür.
4.Naxışları və rəngləri qarışdırmağa YOX!
Belə bir qaydaya da mütləq əməl edilməli deyə bir şey yox.
Məsələn,məşhur ulduz Rihanna kimi Siz də geyimdə naxışları qarışdıra bilirsiniz.
Amma bənzər tonlarda rənglər istifadə edin.
10 addımda MODAnızı yaradın

5.Ucları çixmiş dırnaq boyası həmən silinməlidir!
Manikürcü Ji Baekin fikrincə ucları çıxmış dırnaq boyası elə də qorxulu hal deyildir,bu problemi
belə həll etmək olar,eyni tonda dırnaq boyasını şaquli şəkildə bütün dırnağa çəkmək və üzərindən də şəffaf boya çəkmək yetərlidir.
6.Hamamlar mütləq funksional olmalıdır!
Bu qaydanı da pozmaq olar.Hamamınıza gerçək mebellərlə isti bir atmosfer verin.
Memar Jason Oliver Nivon öz hamamında kreslo və stolüstü lampa da qoymuşdur.
7.Yuvarlaq üzlü olanlara kəkil yaraşmaz!
Yuvarlaq üzlüsünüzsə,Siz də kəkil kəsdirə bilərsiniz,amma saç ustanız kəsmə qaydasını üzünüzün sümük hissəsinin ortaya çıxması dərəcəsini yaxşı bilməlidir.
8.Açıq burunlu ayaqqabılar yalnız yayada geyilir!
Naxışlı corablar bu payızda dəbdə olacaq.Ancaq belə corabları mütləq qapalı ayaqqabılarla geyinməlisiniz deyilən bir qayda yoxdur.Qalın bantlı burnu açıq ayaqqabılarla da çox
xoş görünəcəksiniz.
9.Qırmızı rəng yalnız dodaqlar və dırnaqlar üçündür!
Bu qaydaya da əməl edəcəksiniz mütləq deyə bir məcburiyyət yoxdur.Prada və Guccinin moda gösrətimlərində qırmızı rənglə gözlərdə cəsur baxışlar yaradılmışdı.
Məşhur makiyajist Pat McGratha görə qırmızı rəngi az-az əvvəlcə kirpik diblərinə sürdükdən sonra,qara göz qələmi çəkin.Həm alt,həm də üst kirpiklərə masqara sürdün.
Diqqətləri gözlərdə toplamaq üçün dodaqlara soyuq qırmızı ,ya da bədən rəngli bir dodaq boyası sürün.
10.Eyni anda birdən çox zinət əşyası istifadə etməyin!
Zinət əşyaları ustası Philip Cranginin fikrincə "Aksesuarlar insanların hekayələrini anlatma yoludur.Mən yeni və köhnənin,keyfiyyətli və ucuzun qarışmasını sevirəm."
Siz də qolbaqları,muncuqları,boyunbağıları,sırqaları birlikdə istifadədən çəkinməyin...
10 addımda MODAnızı yaradın
6 avqust 2009
GO BACK