Cucci firmasının müdiri Frida Caninin hamiləliyi bu brendin məhsullarında da özünü göstərib. Belə ki, o bu dəfə öz məhsullarına daha çox hissiyyat qataraq daha gözəl, rahat və cazibədar geyim və aksessuarlar nümayiş etdirib. Bu il payız-qış fəsli üçün zərif klassik geyimlər, biton ilanının dərisindən hazırlanmış ətəklər və başqa aksessuarlar təqdim edib. Frida öz çıxışında "Mən inanıram ki, hər bir qadın Cucci üslubunda özünün cazibədarlığına və qüsursuzluğuna tam əmin olur."-deyib.
Frida Canin bu kolleksiyasına sehrli meşə və əfsanəvi quş məzmunu verib. Dəbdəbəli tüklərdən isə gecə geyimləri üçün istifadə etmişdir. Onun bu ideyası bir çox məşhur modelyerlərin alqışına səbəb olmuşdur. Onun bu kolleksiyasında rəng palitrası çirkli-qırmızı, boz, tünd qırmızı, qara, boz-qəhvəyi və mavinin müxtəlif çalarlarından ibarət olmuşdur. Buyurun, əziz xanımlar, Cucci brendinin moda həftəsində nümayiş etdirdiyi geyimləri sizinlə də paylaşmaq istəyirəm.
Dediyimiz kimi meşə məzmunu, yəni geyimlərin üzərində budaqlar və yarpaqlar.
Burada da eyni ilə rəngə fikir verin. Ağac rəngi qəhvəyi.
Bu boyunbağı isə sanki bir budaqdır.
Biton dərisindən hazırlanmış çanta.
Biton dərisindən hazırlanmış gödəkçə.
Bu geyimdə quşların rəngarəng tüklərindən istifadə olunub.
Biton dərisindən hazırlanmış çəkmə çox cazibədar görünür.
Dəridən hazırlanmış donlar çox gözəl görünür.
Bu kolleksiya öz qeyri-adiliyi ilə fərqlənib.
Biton dərisindən hazırlanmış çantaları çox bəyəndim.
Bu da bu il Milanda keçirilən moda həftəsində Cucci brendinin nümayiş etdirdiyi dəb kolleksiyası.