Versacenin 2015 ci il üçün təqdim etdiyi ilk kolleksiya klassik xarakter daşıyır və kolleksiya nümunələrində həndəsi elementlər xüsusi vurğulanır. Kolleksiyanın əsas motivi isə uzununa zolaqlar və toplardır. Ona həm paltar, həm palto, həm ətəklərdə, zolaqlara isə hətta ayaqqabılarda da rast gəlmək mümkündür. Modellərin əynindəki qladiator tərzli yay çəkmələri nəzərə çarpır. Onun korpusu ortadan bir-birinə keçən lentlərdən ibarətdir.
Donatella Versace bir neçə sərbəst ətəkli qısa donlar, biton dərisi pencəkləri olan ətəkli kostyumlar, svarovski daşları ilə bəzədilmiş libaslar təqdim edib.
Buyurun, baxın.
Kolleksiyada İlan dərisindən hazırlanmış şalvar, yamaqlı sviter və sandal təqdim olunur.
Ultra qısa don bir sıra xüsusiyyətləri - açıq-yaşıl rəngli, 60-cə illərin tərzində hündür yaxalıqlı, iki sıra düyməli görünüşü ilə fərqlənir.
Paltonu Tiviqqidə olduğu kimi böyük jaket əvəz edir. Burada da yaşılın kölgələrinə rast gəlinir.
Donatella Versace bu ilin dəbi olan saçaqları da unutmayıb. O qara gödəkcəni dekorativ elemetlərlə, sinədən aşağı hissəni yarpaq kimi və bəzi çantaları bəzəyir.
Bu kolleksiyada bir sıra ziyafət və kokteyl geyimləri və şalvarlı libaslar, verace naxışı ilə bəzədilmiş klassik smokinqlər də yer alıb.
Bu ilin kolleksiyası bir sıra məşhurların da ürəyincə olub.
Britaniyalı aktrisa Julie Cristie, Arimekalı aktrisa və top modellər Rachel Nichols və Chloya Moretz, Charlize Theron və başqaları bunları çox bəyənib.
Məncə bunları heç bəyənməmək mümkün deyil.
Rənglərin köməyi ilə kolleksiya bir neçə hissəyə bölünür.
Əvvəl sarı və cökə yaşılı don və ətəklər,
lavanda rəngli elemetli pəncək və gödəkçələr.
Daha sonra isti krem və bej rəngin çalarları da əlavə olunan digər nümunələr.
Finalda gözə çarpan hissələrdə dalğalı və ildırım formalı bəzəkləri olan bütünlükdə qara rəng yer alır.