Yay alış-verişi etməmisinizsə, bu xəbəri mütləq oxuyun! Bu sezonun ən gözəl parçalarından istifadə edərək yayda dəbli görünmək istəyirsinizmi? Elə isə, sezonun dəbdə olanları ilə tanış olun.
Çəhrayının açıq tonu
Sezonda çəhrayının açıq rənginə olan sevgimiz azalmır. Hər zaman müxtəlif, amma eyni zamanda da diqqəti cəlb edən rənglərin sehrinə qapılıb gedirik. Bu yay da elə edəcəyik. Özünüzə istər naxışlı, istər tək rəngli çəhrayı paltar alın.
Stiletto
Əlbəttə ki, buna hər sezonun vazkeçilməzi deyə bilərik. Artıq stilettoları dəb siyahılarında görmək sizi çaşdırmasın. Sizə məsləhətimiz var: bantlı və "cut out" stilettolar çox dəbli görünür. Bir çox tanınmış modelyerin səhnəsini bəzəyən bu ayaqqabılardan bir cüt almağınız məsləhətdir.
Qalın bilərziklər
Sərt materiallardan hazırlanan bu bilərziklər qadınlara ən çox yaraşan aksessuarlardır.
Kiçik çantalar
Kiçik, çox kiçik çantalar dəbdədir. Belə çantalara əşyalarımı sığdırmaq bir qədər çətin olsa da, çox rahat və xoşdurlar.
Naxışlı ətəklər
Xüsusilə naxışlı və rəngli olan ətəklər dəbdədir. Stiletto və dümdüz bir koftayla belə möhtəşəm görünə bilərsiniz.